Tam iş vaxtının müddəti necə müəyyən edilir?

Tam iş vaxtının müddəti necə müəyyən edilir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 89-cu, “Tam iş vaxtı və onun müddəti” maddəsinin birinci hissəsinə əsasən, tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.

Maddədən göründüyü kimi,  tam iş vaxtı həftəlik və gündəlik iş saatının müəyyən edir.  Bundan əlavə, tam iş vaxtı işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Misal üçün, nahar fasiləsi tam iş vaxtına daxil edilmir.

Məcəllənin 89-cu maddəsinin ikinci hissəsinə əsasən, gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.

Gündəlik normal iş vaxtının müddəti gözlənilməklə, həftəlik normal iş vaxtnın müddəti də əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək Məcəlləsinin 89-cu maddəsinin üçüncü hissəsinə əsasən, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

İndi maddənin tələblərini misallarla izah edək:

Mİsal 1. İşəgötürən işçiləri həftəlik 4 iş günü və hər gün 9 saat olmaqla, həftəlik 36 saat çalışdırır. Bu cür iş vaxtının müəyyən edilməsi əmək qanunvericiliyinə ziddir. Çünki həftəlik iş saatı 40 saatlıq normadan az olsa da, gündəlik iş vaxtı 8 saatdan yüksəkdir.

Mİsal 2. İşəgötürən qərar verir ki, işçi hər gün 5 saat olmaqla həftədə 7 gün işləsin. Göründüyü kimi həm günlük, həm də həftəlik maksimal saat gözlənilir. Amma əmək qanunvericiliyi 7 günlük iş normasına icazə vermədiyindən, 7 günlük iş rejiminin müəyyən olunması qanuna ziddir.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Madina 25 Aprel 2023

    Salam. İşçilər müəssisədə bir günlük 8 saat yox 7 saat işləməyi qanunvericiliyə zidd deyil ki?

Şərh yazın

Xəbərlər