İş vaxtının cəmlənmiş uçotu məsələsində diqqət yetiriləsi 3 VACİB MƏQAM

İş vaxtının cəmlənmiş uçotu məsələsində diqqət yetiriləsi 3 VACİB MƏQAM

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Son dövrlər işçi sayı çox olan və ya növbəli sistemlə fəaliyyət göstərən iş yerlərində iş vaxtının cəmlənmiş uçotunu tətbiq edirlər. Əmək Məcəlləsinin 96-cı, “İş vaxtının cəmlənmiş uçotu” maddəsinin birinci hissəsinə əsasən, qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz.

İş vaxtının cəmlənmiş uçotu məsələsində diqqət yetiriləsi 3 məqam var.

Birinci məqam. İş vaxtı üzrə qeydiyyat (uçot) dövrü bir ildən artıq olmamalıdır.

Qeydiyyat (üçot) dövrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq olunan illik istehsalat təqvimində aylar, rüblər və il üzrə iş saatlarının miqdarı nəzərə alınmaqla hesablanır.

İkinci məqam. İş vaxtının cəmlənmiş uçotunda gündəlik işin (növbənin) müddəti 12 saatdan çox ola bilməz.

İşəgötürən üçün iş vaxtının cəmlənmiş uçotunun tətbiqinin bir üstünlüyü də odur ki, gündəlik iş normasının maksimum 8 saat yox, 12 saat olmasına icazə verilir. O səbəbdən mühafizə xidməti, sorğu mərkəzi, dənizdə fəaliyyət göstərən müəssisələr tipli iş yerlərdində adətən iş vaxtının cəmlənmiş uçotu tətbiq olunur.

Üçüncü məqam. İş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamalıdır.

Qeydiyyat (üçot) dövrü ay götürülərsə, məsələn, 2021-ci ilin fevral ayında 20 iş günü olduğu üçün iş vaxtının müddəti 160 saatdan çox ola bilməz. Və yaxud 2021-ci ilin 1-ci rübü qeydiyyat (uçot) dövrü olaraq götürülərsə, bu halda iş vaxtının müddəti 438 saatdan (143 saat (yanvar) + 160 saat (fevral) + 135 saat (mart)) çox olmamalıdır. Ya da qeydiyyat (uçot) dövrü tam olaraq 2021-ci il götürülübsə, o halda iş vaxtının müddətinin 1 920 saatdan çox olmasına icazə verilmir.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq olunan 2021-cu ilin istehsalat təqvimində aylar, rüblər və il üzrə iş saatlarının miqdarı hesablanaraq qeyd edilib.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər