İntizam tənbehinin verilməsi zamanı nələr gözlənilməlidir?

İntizam tənbehinin verilməsi zamanı nələr gözlənilməlidir?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 187-ci, “İntizam tənbehinin verilməsi qaydaları” maddəsinin birinci hissəsinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

Təbii ki, işçinin əmək və icra intizamını pozması faktı və törətdiyi xəta rəsmiləşdirilməlidir. Misal üçün, işçinin işə gecikməsinin tabel uçotunda qeyd olunması yetərli deyil, ondan bu barədə izahat da alınmalıdır.

Başqa bir misal. Mühasibin hesabatı gec göndərməsini təsdiq edən sənəd kimi, vergi orqanının təqdim etdiyi maliyyə sankiyası haqqında bildirişlərlə yanaşı, işçinin izahatı da olmalıdır.

Bəzən elə hallar olur ki, onun baş verməsi mütləq hansısa sənədlə təsdiq edilməlidir. Məsələn, işçinin iş yerini icazəsiz tərk etməsi, işçinin öz iş yoldaşını təhqir etməsi və ya müştərilərlə münasibətdə işəgötürənin işgüzar nüfuzuna mənfi təsir edən hərəkətlərə yol verməsi belə hallardan hesab edilə bilər. Bu halda artıq işçinin funksional rəhbərliyi, daxili nəzarət orqanı və ya kadrlarla iş departmentinin təqdimatı da intizam tənbehinin verilməsi ilə bağlı araşdırmanın aparılmasına əsas olur.

Mümkündür ki, işçinin birbaşa tabe olduğu bölmənin (şöbənin) rəhbərinin təqdimatında işçinin intizam xətası törətməsi qeyd edilsə də, o, yazılanları inkar etsin.

İşçi inzibatı xətanın baş verməsinə səbəb kimi üzrlü halları və ya ondan asılı olmayan səbəbləri qeyd edə bilər. Misal üçün, işçi bildirə bilər ki, işə gecikməsinə səbəb Bakıda keçirilən beynəlxalq tədbirin nəticəsində yolların bağlanması olub. Yaxşı olar ki, belə hallarda işçi xəta törətdiyinə görə səmimi şəkildə peşman olduğunu da etiraf etsin.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər