İşəgötürən əmək müqavilələrini neçə il saxlamalıdır?

İşəgötürən əmək müqavilələrini neçə il saxlamalıdır?

Satışı davam edən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 86-cı, “Əmək müqavilələrinin və əmrlərin saxlanılmasının təmin edilməsi” maddəsinin birinci hissəsinə əsasən, işəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir.

Maddədən göründüyü kimi, əmək qanunvericiliyində işçi ilə bağlı sənədlərin 5 il müddətində saxlanması tələbi müəyyənləşdirilib. Amma nəzərə alın ki, həmin müddət bitdikdən sonra işəgötürən həmin sənədləri məhv edə bilməz. Doğrudur, əmək müqaviləsi ilə bağlı məlumatların  elektron təqdim olunması nəticəsində müvafiq qurumların işçinin gələcək pensiya təminatı ilə bağlı həmin göstəricilərdən istifadə etmək imkanı var. Amma “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 aprel 2016-cı il tarixli, 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının tətbiq olunmasına dair göstəriş”ə uyğun olaraq işçilərin şəxsi işlərinin, o cümlədən əmək müqavilələrinin saxlanma müddəti 75 ildir. Sənədlərin komplektləşdirilərək dövlət arxiv idarələrinə təhvil verilməsi və bu prosesin nümunəvi sənəd formalarının köməyi ilə rəsmiləşdirilməsi qaydası barədə digər nəşrimiz - “A-dan Z-yə Kargüzarlıq” kitabında ətraflı izahat verilib.

Təcrübədə rast gəldiyimiz hallardan biri də, işəgötürənin işçi ilə bağlı məlumatları səhv təqdim etməsidir.

Mİsal. İşəgötürənin 3 işçi üzrə əmək haqqı fondu 4 000 manat təşkil edir. Direktor, mühasib və satış işçisinin əmək haqlarının müvafiq olaraq 2000 manat, 1200 manat və 800 manat təşkil etməsinə baxmayaraq, işəgötürən sosial ayırma ilə bağlı dövlət qurumlarına təqdim etdiyi məlumatlarda səhvə yol verib. Belə ki, yekun əmək haqqı fondu 4 000 manat olmasına baxmayaraq, işçilərin əmək haqları 3000 manat, 600 manat və 400 manat göstərilib. Müəyyən müddətdən sonra bundan xəbər tutan işçi şikayət edir ki, onunla bağlı məlumatlar səhv təqdim edilib. Bu halda müvafiq dövlət qurumu elektron informasiya sisteminin məlumatları ilə yanaşı, işçinin və işəgötürənin imzaladığı əmək müqaviləsi və ona dəyişikliklər edilməsi haqqında sənədləri də işəgötürəndən tələb etmək hüququna malikdir. İşəgötürən hətta 5 il öncəki sənədləri belə müvafiq dövlət qurumuna təqdim etməlidir.

 

2021-ci ilin iyun ayında satışda olan kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı planlaşdırılır)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışı planlaşdırılır)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər