Dövlət Əmək Müfəttişliyi Xidməti hansı halda cərimə və ya metodiki göstəriş verir?

Dövlət Əmək Müfəttişliyi Xidməti hansı halda cərimə və ya metodiki göstəriş verir?

Satışına start verilən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 15-ci maddəsinin ikinci bəndinə qeyd edilir ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir.

Bəzi hallar var ki, Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunması sahəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun cərimə tətbiq edir.

Misal 1. İşçinin əmək müqaviləsi müddətsiz olsa da, işəgötürən əmək müqaviləsinin müddətinin bitməsini əsas götürərək müqaviləyə xitam verib. Bu halda Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən, işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxsləri min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edə bilər.

Misal 2.  Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları yoxlama zamanı müəyyən edirlər ki, işəgötürən işçilərin işə qəbulu və (və ya) xitam zamanı əmrlərin yazılmasını həyata keçirməyib. Bu zaman Xidmətin nümayəndləri cərimə yox, metodiki göstəriş verə bilər.

Bundan əlavə, Xidmətin əməkdaşları işəgötürəni maarifləndirmək məqsədilə metodiki maarifləndirmə seminarları da həyata keçirə bilər.

 

2021-ci ilin may ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər