Hərbi xidmət və ya ali təhsilinin staj hesablanarkən nəzərə alınmalıdır?

Hərbi xidmət və ya ali təhsilinin staj hesablanarkən nəzərə alınmalıdır?

Satışına start verilən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək stajı müəyyən edilərkən bəzi məqamları da nəzərə almaq lazımdır. Təcrübədə ən çox rast gəlinən hallardan biri işçinin hərbi xidmət və ya ali təhsilinin staj hesablanarkən nəzərə alınmasıdır.

“Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991-ci il tarixli, 36 nömrəli Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinə əsasən vətəndaşların həqiqi hərbi xidmət, bağlaşma üzrə xidmət keçdiyi dövr onların ümumi əmək stajına daxil edilir.

 Əmək Məcəlləsinin 116-cı maddəsinin 2-ci hissəsinə əsasən, əmək stajına görə əlavə məzuniyyətin müddəti işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövrə əsasən müəyyən edilir. Bu əmək stajına işçinin əmək müqaviləsi üzrə faktik işlədiyi müddətdən başqa yalnız əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əmək haqqı saxlanıldığı dövrlər daxil edilir.

 “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən, yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malik olduğu üçün, Əmək Məcəlləsinin 116-cı maddəsinin 2-ci hissəsi rəhbər tutularaq işçilərə əlavə məzuniyyət günləri verilərkən işçinin işəgötürənlə əmək müqaviləsi bağlayaraq faktik olaraq işlədiyi dövr əmək stajı kimi qəbul edilir.

 Həqiqi hərbi xidmət, bağlaşma üzrə hərbi xidmət dövrü, eləcə də təhsil müəssisəsində təhsil dövrü üçün vətəndaşlarla əmək müqaviləsi bağlanılmır ki, bu səbəbdən həmin dövrlər əlavə məzuniyyət günlərinin verilməsində əmək stajı kimi NƏZƏRƏ ALINMIR.

 

2021-ci ilin may ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı yekunlaşıb)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər