Əmək müqaviləsinin xitamı ilə bağlı məhdudladırıcı şərtlər hansı hallara tətbiq edilmir?

Əmək müqaviləsinin xitamı ilə bağlı məhdudladırıcı şərtlər hansı hallara tətbiq edilmir?

Satışına start verilən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Amma əmək qanunvericiliyində yuxarıda qeyd edilən hallarla bağlı istisnalar da mövcuddur. Əmək Məcəlləsinin 79-cu maddəsinin ikinci hissəsində qeyd edilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin «a» bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

Qeyd edək ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi müəssisənin ləğvi halında əmək müqaviləsinə xitam verilməsi qaydalarını tənzimlənir. Əmək Məcəlləsinin 73-cü maddəsi isə müddətli əmək müqaviləsinə xitam hallarını nəzərdə tutur.

 

Mİsal 1. İşçi 1 yanvar 2021-ci il tarixdən analıq məzuniyyətinə çıxıb, sonra isə bir il müddətinə qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edib. İşəgötürən qərar verir ki, 1 may 2021-ci il tarixdən etibarən müəssisə ləğv olunsun. Bu halda işəgötürən işçiyə ləğvetmə haqqında məlumat verməlidir və əmək müqaviləsinin xitamı ilə bağlı Məcəllənin tələblərinə uyğun olaraq müavinət ödəməlidir. Artıq qısmən ödənişli sosial məzuniyyətdə olan işçi iddia edə bilməz ki, mənim əmək müqaviləmə xitam verilə bilməz.

Mİsal 2. İşəgötürən işçi ilə 8 aylıq müddətli əmək müqaviləsi imzalayıb. Müqavilə müddəti başa çatmamış işçi sənəd təqdim edib ki, yeganə qazanc yeri işlədiyi müəssisədir və məktəb yaşınadək uşağını təkbaşına böyüdür. Ancaq əmək müqaviləsi müddətli olduğu üçün işəgötürən müddət bitdikdə əmək müqaviləsinə xitam verə bilər. Bu, onun seçimidir.

 

2021-ci ilin aprel ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər