Çərşənbə axşamı, 06 Aprel 2021 06:06

Sınaq müddəti bitməmiş işçini işdən azad etmək olar?

Satışına start verilən "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

Əmək Məcəlləsinin 53-cü, “İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası” maddəsinin birinci hissəsinə əsasən, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.
Sınaq müddəti başa çatmadan işçinin əmək müqaviləsinə xitam verilməsi məsələsi də mübahisə yaradan mövzulardandır. Bəzi mütəxəssislər hesab edirlər ki, işəgötürən sınaq müddətinin tam başa catmasını gözləmədən işçinin əmək müqaviləsinə sınaq müddətində özünü doğrultmadığına görə xitam verə bilər. Həmin şəxslər fikirlərini onunla əsaslandırırlar ki, Əmək Məcəlləsinin 53-cü maddəsində qeyd olunub ki, sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Yəni, işəgötürən sınaq müddəti qutaranadək istənilən vaxt əmək müqaviləsinə xitam verə bilər.

Belə bir əks fikir də var ki, sınaq müddətinin tam başa çatmasını mütləq gözləmək lazımdır. Çünki Əmək Məcəlləsi sınaq müddətinin tavanı həddi kimi 3 ay müəyyən edib. İşəğötürənin qərarına əsasən, bu müddət 3 yox, bir ay, hətta 15 gün də müəyyən oluna bilər. O səbəbdən də işəgötürən sınaq müddətini düzgün müəyyən etməli və həmin müddət üzrə işçiyə şans verməlidir.
Fikrimizcə, Əmək Məcəlləsinin müvafiq maddəsində “sınaq müddəti qurtaranadək” ifadəsi olsa da belə, işəgötürən sınaq müddətinin başa çatmasını gözləməlidir. Çünki işçi ilə ilk 3 ayı sınaq müddəti olmaqla əmək müqaviləsi bağlayıb, 10 gündən sonra yazılı xəbərdarlıq etməklə onun əmək müqaviləsinə xitam verilməsi məntiqə uyğun hesab edilə bilməz.
Mümkündür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sınaq müddəti bitmədən əmək müqaviləsinə xitam verilməsinə yanaşması fərqli olsun. Təcrübədə rast gəlinir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənin bu addımını normal qarşılayır. Sınaq müddəti ərzində, yəni sınaq müddəti bitməmiş işəgötürən işçinin sınaqdan keçə bilməməsi qənaətinə gələrsə, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əsasən xitam verə bilər ki, bu halda əmək qanunvericiliyinin tələbləri pozulmur.

2021-ci ilin apral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

 
 
 

Şərh yazın