İşçi ezamiyyə hesabatını hansı müddətdən gec versə, aldığı məbləğ gəliri hesab edilir?

İşçi ezamiyyə hesabatını hansı müddətdən gec versə, aldığı məbləğ gəliri hesab edilir?

Satışı davam edən "Vergi uçotu: A-dan Z-yə" kitabından seçmə

Nazirlər Kabinetinin “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması qaydası”nın 2.9-cu maddəsinə əsasən, ezam olunan şəxslərə verilən və xərclənməyən nağd pul ezamiyyət müddəti başa çatdıqdan sonra ən geci 3 (üç) iş günü ərzində avans hesabatı təqdim edilməklə, vergi ödəyicisinin kassasına qaytarılır.

Həmçinin, 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minən dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 98.2.7-ci maddəsinə əasən, işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada geri qaytarılmadıqda - həmin vəsaitin məbləği onun gəliri təsdiq edilir. Amma Vergi Məcəlləsinin müvafiq maddəsində ezam olunan yox, təhtəlhesab şəxsə yanaşma olduğu üçün işçinin gəliri sayılmasa da, ezam olunan vəsaiti vaxtında geri qaytarılmalıdır, əks halda vergi ödəyicisi qaydalardakı uçot prinspləri pozmuş olar.

2021-ci ilin apral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər