İşəgötürənin hamilə qadına sınaq müddəti müəyyən etməsinin cəzası

İşəgötürənin hamilə qadına sınaq müddəti müəyyən etməsinin cəzası

Satışına start verilən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

Əmək Məcəlləsinin 52-ci, “Sınaq müddəti müəyyən edilməyən hallar” maddəsinə əsasən, əmək müqaviləsi bağlanılarkən aşağıdakı hallarda sınaq müddəti müəyyən edilmir:

- tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda

Mümkündür ki, işəgötürən və işçi arasında razılaşmaya əsasən, sınaq müddəti müəyyən edilməsin. Misal üçün, əmək müqaviləsi imzalanmadan öncə işçi bildirir ki, onunla sınaq müddətli əmək müqaviləsi bağlanılması peşəkar nüfuzuna xələl gətirər. Ona görə də əgər işəgötürən sınaq müddəti müəyyən edilməyən əmək müqaviləsi təklif edərsə, müsbət cavab verəcək.

Maddə ilə bağlı digər maraqlı məqamlara aydınlıq gətirməyə çalışaq.

Dördüncü hal sınaq müddəti müəyyən edilməyən işçi ilə sınaq müddətli əmək müqaviləsinin bağlanmasının inzibati xəta hesab olunub-olunmamasıdır.

Misal. Yeni işə qəbul edilən işçi hamilə olması haqqında sənəd təqdim etməsinə baxmayaraq, işəgötürən ona 3 aylıq sınaq müddəti müəyyən edib. Dövlət Əmək Müfəttişliyi Xidməti yoxlamalar zamanı bu halı aşkarlasa da, işəgötürəni əmək qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətə cəlb edə bilmir. Çünki belə inzibati xətaya görə İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulmayıb. Bu halda Xidmət işəgötürənə pozuntunun aradan qaldırılması barədə göstəriş verir və konkret müddət təyin edir. Bu halın müəyyən edilməsi işəgötürənin daha yüksək risk qrupuna aid edilməsinə və gələcəkdə daha tez-tez yoxlamaya məruz qalmasına səbəb ola bilər.

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər