Əmək müqaviləsini xitam zamanı sonuncu iş günü ilə bağlı diqqət yetiriləsi MƏQAM

Əmək müqaviləsini xitam zamanı sonuncu iş günü ilə bağlı diqqət yetiriləsi MƏQAM

Satışına start verilən “Əməyin uçotu: A-dan Z-yə” kitabından seçmə

İşçinin əmək müqaviləsinə xitam verilməsi prosesinin necə həyata keçirilməsi Əmək Məcəlləsinin 83-cü maddəsinin ikinci hissəsi ilə tənzimlənir. Həmin hissəyə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

Maddədə diqqət yetiriləsi dörd vacib məqam var.

Dördüncü məqam. İşçinin işdən azad olunduğu son tarix onun sonuncu iş günü olmalıdır.

Sonuncu iş günü məsələsi ilə bağlı həmkarlarımızın müzakirə etdiyi iki məsələyə misallarla aydınlıq gətirək.

Mİsal 1. İşəgötürənin qərarına əsasən, işçi 25 fevral 2021-ci il tarixdə işdən azad edilib. Həmkarlarımız hesab edirlər ki, işçiyə 25 fevral 2021-ci il tarixinə görə əmək haqqı hesablanmalı deyil, çünki əmrə əsasən həmin tarixdən işdən azad edilib. Ancaq bu, belə deyil, işçinin sonuncu iş günü 25 fevral 2021-ci il tarixi olduğu üçün həmin tarixdə normal iş günündə olduğu kimi çalışmalıdır və xitamla bağlı sənədlər həmin iş günün sonunda işçiyə təqdim edilməlidir.

Mİsal 2. İşəgötürən qərar verir ki, öz razılığı əsasında işdən çıxmaq istəyən işçi 31 mart 2021-ci il tarixə kimi məzuniyyətə göndərilsin və məzuniyyətin son günündə işdən azad edilsin. İşçinin işdən azad olunması ilə bağlı bu cür rəsmiləşdirmə aparılması qanuna ziddir, çünki işçinin işdən azad olunduğu gün sonuncu iş günü olmalıdır.

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

1 Komment

  1. Arzu 20 İyun 2023

    BAX. Misal 2 Maddə 143. Əmək münasibətlərinə xitam verilərkən məzuniyyət hüququnun həyata keçirilməsi 1. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər