Əmək kitabçasının titul vərəqəsi necə doldurulur?

Əmək kitabçasının titul vərəqəsi necə doldurulur?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (III nəşr) kitabından seçmə

Titul vərəqində işçinin soyadı, adı, atasının adı (işçinin soyadı, adı və atasının adı ixtisar olunmadan yazılır), doğulduğu gün, ay, il, təhsili (o cümlədən başa çatdırılmamış tam orta, orta ixtisas və ali təhsil), peşəsi, ixtisası barədə qeydlər təsdiqedici sənədlərə əsasən aparılır.

Titul səhifəsinin doldurulmuş nümunəsini növbəti səhifədə təqdim edirik:

 

  1. Titul vərəqi

                Azərb. Resp. ƏMƏK KİTABÇASI

Dövlət Gerbi seriya nömrəsi: ____________________________

Soyadı: _ _______________ Əhmədova ______________________

Adı: _ _____________ Nazimə _____________________________

Atasının adı: _______Mirzə______________________________

Doğulduğu il: ______03.11.1999___________________________

                                     (gün, ay, il)

Təhsili __Natamam ali___________________________________

(başa çatdırılmamış ümumi təhsil, tam orta, _________________________________________________

orta ixtisas, natamam ali, ali) peşəsi, ixtisası ___________mühasib__________________________

əmək kitabçasının doldurulduğu tarix “_11___”___yanvar_______________ 2019___ il

Əmək kitabçası sahibinin imzası ________________________

Əmək kitabçası verən məsul şəxsin imzası ________________

M.Y.

  Qeyd edək ki, əmək kitabçasını ilk dəfə dolduranda titul səhifəsində qeyri-dəqiqliyə yol verdikdə səhv düzəldilmir, əmək kitabçası ləğv edilir, yenisi yazılır. Qanunvericilikdə əmək kitabçasının titul vərəqinə düzəliş edilməsi ilə bağlı yazılır: “İşçinin soyadının, adının, atasının adının əmək kitabçasında dəyişdirilməsi son iş yerində işəgötürən tərəfindən müvafiq sənədlərə əsasən aparılır. Belə halda hansı sənədlərə istinad edilməsi göstərilməlidir. Dəyişikliklər əmək kitabçasının birinci səhifəsində edilir. Təhsil, peşə, ixtisas haqqında dəyişikliklər də eyni qaydada aparılır.”

Göründüyü kimi qanunvericilikdə titul vərəqində dəyişikliyin (düzəlişin) edilməsi prosesi aydın şəkildə izah olunmayıb. Praktikada qəbul olunmuş qayda üzrə əmək kitabçasının titul vərəqinə düzəlişlər aparılmasına baxaq. Hesab edək ki, işçi ailə qurduqdan sonra soyadını dəyişib. Bu zaman aparılan düzəlişin qaydasını təqdim edirik.

Düzəliş təsdiqedici sənəd göstərilməklə, kadrlarla iş şöbəsi tərəfindən üzqabığının arxasına yazılır, imza çəkilir, möhür vurulur. Əvvəlki soyadın üzərindən xətt çəkilir, qarşısında yeni soyad yazılır.

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər