Çərşənbə axşamı, 02 Mart 2021 05:45

Qısaldılmış iş vaxtının rəsmiləşdirilməsi zamanı hansı məqamlara diqqət yetirmək lazımdır?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (III nəşr) kitabının “Qısaldılmış, natamam və əlavə iş vaxtının sənədləşdirilməsi” bölməsindən seçmə

Hamilə qadınlar üçün iş vaxtının qısaldılması zamanı aşağıdakı 3 variantdan biri seçilir:

- İş həftəsini olduğu kimi saxlamaqla, iş günü qısaldılır;

- İş vaxtı olduğu kimi saxlanılmaqla, iş günlərinin sayı ixtisar edilir;

- Həm iş həftəsi, həm də iş günü qısaldılır.

Qanunvericilikdə hamilə işçinin iş vaxtının qısaldılması ilə bağlı konkret mexanizm müəyyənləşdirilməyib. Bu məsələ, o cümlədən konkret iş rejimi işçi ilə işəgötürənin qarşılıqlı razılığı əsasında müəyyən olunur. Praktikada, adətən hamilə işçilərin iş günü ya 1 saat qısaldır, ya da iş günlərindən biri əlavə istirahət günü kimi təqdim olunur.

İşçi qısaldılmış iş gününə hüququnu təsdiq etmək üçün qeydiyyatda olduğu qadın məsləhətxanasından (poliklinikadan) hamilə olduğu barədə arayış almalıdır. Bundan sonra işəgötürənin adına müvafiq ərizə yazıb, arayışla birlikdə kadrlarla iş şöbəsinə təqdim etməlidir. Belə ərizənin nümunəvi formasını təqdim edirik:

 

“Alov” MMC-nin direktoru

Nəbili Nüsrət Nadir oğluna

Kadrlarla iş şöbəsinin mütəxəssisi

Əzimova Zülfiyyə Qafur qızı tərəfindən

ƏRİZƏ

Xahiş edirəm, 12 avqust 2019-cu il tarixindən başlayaraq məni hamiləlik müddətində (hamiləliyə və doğuma görə məzuniyyətə çıxanadək) beş günlük iş həftəsi üzrə saat 10:00-dan 18:00-dək qısaldılmış iş vaxtı ilə təmin edəsiniz.

 

Qoşma: Bakı şəhəri, 8 saylı Qadın Məsləhətxanasının arayışı, 1 vərəq, 1 nüsxə.

__________ Əzimova Z.Q.

 

                11 avqust 2019-cu il

 

İşçinin işəgötürənlə razılığına uyğun olaraq ərizədə qısaldılmış iş vaxtının şərtləri başqa şəkildə də  əks etdirilə bilər. Daha bir ərizə nümunəsi təqdim edirik:

 

“Alov” MMC-nin direktoru

Nəbili Nüsrət Nadir oğluna

Kadrlarla iş şöbəsinin mütəxəssisi

Əzimova Zülfiyyə Qafur qızı tərəfindən

 

ƏRİZƏ

 

Xahiş edirəm, 12 avqust 2019-cu il tarixindən başlayaraq məni hamiləlik müddətində (hamiləliyə və doğuma görə məzuniyyətə çıxanadək) iş günləri bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı olmaqla 4 günlük qısaldılmış iş həftəsi ilə  təmin edəsiniz.

Qoşma: Bakı şəhəri, 8 saylı Qadın Məsləhətxanasının arayışı,

1 vərəq, 1 nüsxə.

__________ Əzimova Z.Q.

                11 avqust 2019-cu il

———————————————————————————

Oxucularda sual doğura bilər ki, işçi birinci ərizə formasında həftəlik 35 saatlıq, ikinci ərizəsində isə daha az həftəlik 32 saatlıq qısaldılmış iş vaxtı istəyir, amma Əmək Məcəlləsində həftədə 36 saatlıq iş vaxtından söhbət gedir. Məcəllədə hamilə işçilər üçün qısaldılmış iş vaxtının həftə ərzində 36 saatdan çox olmaması (maksimum hədd) müəyyənləşdirlib. İşəgötürənin və işçi daha az müddətli həftəlik iş rejimi üçün razılaşa bilərlər. Ola da bilər ki, bu barədə kollektiv müqavilələrdə əlavə müddəalar nəzərdə tutulsun. Qanunvericilik bunu qadağan etmir.

İndi isə işçisinin ərizəsinə uyğun olaraq əmrin nüminəvi formasını təqdim edirik. Əmrin tərtibi zamanı nəzərə alın ki, qısaldılmış iş vaxtı ilə işləyən işçilər əmək haqqını əvvəlki qaydada, işlədikləri saatlara mütənasib şəkildə yox, tam məbləğdə almalıdırlar. Bu, qanunvericiliyin tələbidir. Qısaldılmış iş vaxtı ilə natamam iş vaxtının əsas fərqlərindən biri də elə budur.

 

2021-ci ilin mart ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Şərh yazın