Müavinət təyin edən komissiya necə yaradılmalıdır?

Müavinət təyin edən komissiya necə yaradılmalıdır?

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (III nəşr) kitabından seçmə

Müavinət alınması üçün bütün sənədləşmələr işçinin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) aparılır. Təşkilatlarda müavinətləri təyin etmək üçün xüsusi komissiya yaradılmalıdır. Çünki müavinətləri komissiya təyin edir. Hətta əmək qabiliyyətinin müvəqqəti itirilməsi iş yerindən kənarda, məsələn, ezamiyyət və ya məzuniyyət müddətində baş versə belə, yenə də sənədləşmələr və müavinətin təyini işçinin əsas iş yerində aparılır. Qeyd etdiyimiz kimi müavinətlərin verilməsi üçün hər bir təşkilatda müavinəti təyin edən komissiyanın olması əsas şərtdir. Bu komissiyanın iclasının protokolu olmadan heç bir müavinət təyin edilə bilməz. Müavinət təyin edən komissiyanın yaradılması ilə bağlı əmrin nümunəvi formasını növbəti səhifədə təqdim edirik:

Blank “Alov” MMC

ƏMR

№________

Salyan şəhəri                                                    ____ __________2019-cu il

Müavinət təyin edən komissiyanın yaradılması haqqında

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş  “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 96-cı maddəsinin  tələblərinə uyğun olaraq “Alov” MMC-də sosial sığorta vəsaitlərinin məqsədli istifadəsinə nəzarətin təmin edilməsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta ödəmələri hesabına verdiyi müavinətlərin təyin edilməsi məqsədilə

 ƏMR EDİRƏM:

“Alov” MMC-də müavinətlərin təyin edilməsinin həyata keçirilməsi üçün aşağıdakı tərkibdə daimi əsaslarla fəaliyyət göstərən Müavinət komissiyası yaradılsın:

  1. Komissiyanın sədri:

_______________________________________

soyadı, adı, atasının adı, vəzifəsi

  1. Komissiyanın üzvləri:

_______________________________________

soyadı, adı, atasının adı, vəzifəsi

_______________________________________

soyadı, adı, atasının adı, vəzifəsi komissiyanın səlahiyyətli üzvü təyin edilsin.

Direktor ________ Nəbili N.N.

Əmrlə tanış oldum:

Komissiyanın sədri _________ soyadı, adı, atasının adı   Tarix: _____

Komissiyanın üzvləri:

 ___________ soyadı, adı, atasının adı                                   Tarix: _____

___________ soyadı, adı, atasının adı                                    Tarix: _____

Qeyd etdik ki, müavinətlərin verilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron qaydada müraciət sistemi yaradılıb. Daha doğrusu, nazirlik müavinətlərin verilməsi xidmətlərini vahid elektron sistemə inteqrasiya edib. Bu səbəbdən biz də həmin sistem vasitəsilə sənədlərin təqdimi mexanizmi üzərindən açıqlama verəcəyik. Cədvəldə göstərilən sənədlərin əksəriyyəti müəssisədə tərtib və təsdiq olunur, skan edilərək müraciət ərizəsinə əlavə olunur. Bütün müavinətlər üzrə müraciət zamanı Haqq-hesab cədvəli onlayn doldurulur.

 

2021-ci ilin fevral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

 

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

2 Komment

  1. Zaur Ramazanov 12 Oktyabr 2022

    salam. təşkilatlarda (dövlət qurumlarında) müavinət komissiyaların tərkibinə kim daxil olunmalıdır (daxil oluna bilər)? cavablandırdığınız üçün təşəkkür edirəm.

  2. Zaur Ramazanov 12 Oktyabr 2022

    salam. Zaur Ramazanov narahat edir. təşkilatlarda (dövlət qurumlarında) müavinət komissiyaların tərkibinə kim daxil olunmalıdır (daxil oluna bilər)? cavablandırdığınız üçün təşəkkür edirəm.

Şərh yazın

Xəbərlər