HR və kadr sahəsində İNQİLABİ DƏYİŞİKLİK: ƏKSƏR KAGIZ FORMALARI LƏĞV OLUNA BİLƏR

HR və kadr sahəsində İNQİLABİ DƏYİŞİKLİK: ƏKSƏR KAGIZ FORMALARI LƏĞV OLUNA BİLƏR

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının üzvü, Nazirliyin Apellyasiya Şurasının üzvü, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli sosial şəbəkələrdəki statusunda  həmkarlarımız üçün kadr kargüzarlıqla bağlı maraqlı paylaşma edib.
Dövlət Məşğulluq Agentliyində rəqəmsallaşma istiqamətinə aktiv işlər davam edir.
Yaxın vaxtlarda tətbiqi nəzərdə tutulan Əmək münasibətləri və məşğulluq altsistemi - ƏMAS ölkədaxili bütün işəgötürənlər və işçilər, eləcə də dövlət qurumları üçün vahid əmək münasibətləri platforması rolununda çıxış edəcək, əmək müqaviləsinin elektron formada bağlanılması, rəqəmsal kadr uçot sisteminin yaradılması, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və bu sahədə dövlət siyasətinin həyata keçirilməsinin dəstəklənməsində önəmli rol oynayacaqdır.
Alt sistemin tətbiqi ilə aşağıdakıların mərhələli şəkildə ləğv edilməsi nəzərdə tutulub:
1. əmək müqavilələrinin kağız forması
2. əmək kitabçaları
3. sosial sığorta kartları
4. işçilərin şəxsi işi anlayışı
5. kağız üzərində əmrləşmələr
6. kağız üzərində ezamiyyə vərəqələri
7. kağız üzərində ştat cədvəlləri
8. kağız üzərində yazışmalar
9. fiziki həyata keçirilən yoxlamalar
10. fiziki cərimə mexanizmi
11. fiziki həyata keçirilən bütün məşğulluq tədbirləri
12. digər qeyri elektron yanaşmalar
 

2021-ci ilin yanvar ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
 
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]
 

0 Komment

    Şərh yazın

    Xəbərlər