Tanınmış HR mütəxəssisdən 2021-ci ilin istehsalat təqviminə ETİRAZ

Tanınmış HR mütəxəssisdən 2021-ci ilin istehsalat təqviminə ETİRAZ

Dəyərli həmkarlar, Sizin üçün də istehsalat təqviminin fərqli formatda hazırlanması çətinlik yaradır?

Tanınnmış HR mütəxəssisi Sevinc Qarakişiyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı 2021-ci ilin istehsalat təqvimi ilə bağlı irad bildirib: " Təqvimdə bazar gününün birinci gün kimi qeyd olunmasının dini mənası var. Xristianlığa görə Allah 6 gün yeri yaratdı, 7-ci gün dincəlməyə qərar verdi. Xristianlıq təşəkkül tapanda bazarı həftənin ilk günü, həm də istirahət dünü etdilər. Eləcə də, 321-ci ildə Roma imperatoru Konstantin bazarı həftənin birinci və eyni zamanda ibadət günü olmasına qərar verdi. Belə tərz təqvimlər daha çox Böyük Britaniyada yayılıb. Eləcə də, Amerika, Kanada və digər ölkələr hələ də bu şəkildə olan təqvimlərlə davam edirlər.

Bir çox Avropa ölkələri isə bazar gününün ilk gün kimi qeyd olunduğu təqvimlərin əlverişsiz olduğunu düşündülər və şənbə və bazarın “həftəsonu” kimi qeyd edildiyi standart təqvimlərə keçdilər.  Məsələni “biz müsəlman ölkəsiyik” - deyərək, dini mövzuya bağlamağı düşünmürəm, amma bu təqvim çox əlverişsizdir. Sadəcə düşünürəm ki, rəsmi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının təsdiq etdiyi bu istehsalat təqviminin yaradıcısı yəqin xaricdə təhsil alıb."

P.S. Məlumat üçün bildirək ki, Nazirliyin hazırladığı 2020-ci il üzrə istehsalat təqvimi fərqli formada hazırlanmışdı.

 

2021-ci ilin yanvar ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.

1 Komment

  1. Rauf 14 Yanvar 2021

    Hamısını almaq isteyirem. Hansı varsa deyin pulunu keçirdim

Şərh yazın

Xəbərlər