Əmək haqqı ödənişlərinin izahı

Əmək haqqı ödənişlərinin izahı

Satışı bitən "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabından seçmə

Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsinə əsasən, əmək haqqının tərkibi aşağıdakı üç hissədən ibarətdir:
1) Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.
Açıqlama: İşəgötürənlə işçi arasında bağlanmış əmək müqaviləsində işçinin əmək haqqı 400 manat müəyyən edilib. İşçinin oktyabr ayında əlavə iş saatı və gecə vaxtı işləməsinə görə əmək haqqı 500 manatdır. Amma tarif (vəzifə) maaşı dedikdə, işçinin 400 manatlıq əmək haqqı əsas götürülür. Əlavə olunan 100 manat (500-100) əlavə tarifə (vəzifə) maaşına aid edilmir.

2) Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
Açıqlama: Bölmənin növbəti hissəsində əmək haqqına əlavələr haqqında kifayət qədər məlumat verəcəyik. Qeyd etmək istəyirik ki, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Bundan əlavə, bəzi vəzifələr üçün staj müddəti, elmi dərəcə və rütbəyə görə artımlar mövcüddur. Əlavə iş saatı və ya istirahat günlərində işləməyə görə müəyyən edilən əlavələr bu cür əmək haqqında əlavə hesab edilmir.
3) Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.
Açıqlama: Misal üçün, işəgötürən tərəfindən işçiyə peşə bayramı və ya ad günü ilə bağlı verilən mükafatlar əmək haqqının tərkibinə aid edilən mükafatlar hesab olunmur. Amma əmək və ya kollektiv müqavilədə qeyd olunan və əmək haqqı sistemində nəzərdə tutulan mükafatlar (məsələn, aylıq işin nəticəsinə görə müəyyən edilən mükafatlar) əmək haqqının tərkibinə aid edilir.

 “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Xəbərlər