Cümə, 20 Noyabr 2020 07:01

İşçinin izahat verməkdən imtina etməsi necə aktlaşdırılmalıdır? (Nümünəvi forma)

Bəzən olur ki, işə gəlməməsi ilə bağlı üzrlü səbəb tapa bilməyən işçi izahat yazmaqdan imtina edir. Bu halda işçinin işə gəlməməsi faktını aktlaşdıran işçilər tərəfindən yeni akt tərtib olunur. Belə aktın nümunəvi formasını təqdim edirik:

“Alov” MMC

AKT №_____

Üzrsüz səbəbdən işə gəlməyən işçinin izahat verməkdən imtina etməsi haqqında

   Bakı şəhəri                                                  16 avqust 2019-cu il

Kadrlarla iş şöbəsinin müdiri Ağazadə Nazlı Həsənağa qızı, bizim - baş mühasib Səlimova Sultanə Sahib qızının və hüquqşünaş Əliyev Sabir Rüstəm oğlunun iştirakı ilə 15 avqust 2019-cu il tarixində bütün iş günü ərzində iş yerində olmayan Satış şöbəsinin reklam üzrə mütəxəssisi Nəsibov Amil Sahin oğluna iş yerində olmamasının səbəbləri ilə bağlı təşkilatın rəhbərinin adına izahat yazmağı təklif etdi.

Ancaq işçi heç bir səbəb göstərmədən izahat yazmaqdan imtina etdi.

Aktın məzmununu imzalarımızla təsdiq edirik:

Kadrlarla iş şöbəsinin müdiri ________Ağazadə N.H.

Baş mühasib ________Səlimova S.S.

Hüquqşünaş _________Əliyev S.R.

 

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

Şərh yazın