Əmək məzuniyyəti mütləq tam şəkildə istifadə edilməlidir?

Əmək məzuniyyəti mütləq tam şəkildə istifadə edilməlidir?

Satışı davam edən "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabından seçmə

İşçinin məzuniyyət günlərindən necə istifadə etməsi də maraqlı məsələlərdən biridir. Əmək Məcəlləsinin 137-ci maddəsinə əsasən, əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir. 

Misal. “A” MMC-nin rəhbər işçisinin məzuniyyət günləri 30 gündür. İşçi əsas məzuniyyətini 3 hissəyə bölməklə - 10 gündən ibarət hissələrlə istifadə edə bilər? Xeyr, çünki Əmək Məcəlləsində hissələrinin birinin ən azı 14 gün yəni iki təqvim həftəsindən az olması şərti qoyulub. İşçi 30 günlük əsas məzuniyyətinin 14 günündən istifadə etdiyi halda, yerdə qalan 16 günün işəgötürənlə razılaşdırmaqla hissə-hissə istifadə edə bilər. Amma təbii ki, məzuniyyət günlərinin sayının 1 və 2 gün olması məzuniyyətin tələblərinə uyğun hesab edilə bilməz.
Qeyd edək ki, işçilər əsasən məzuniyyət hüququndan istifadə zamanı 1-5 günlük müddəti əhatə edən iş günlərini qeyd edirlər. Nəzərə alsaq ki, məzuniyyətin dövrü təqvim günü ilə hesablandığı üçün bu cür hal işəgötürənlərin haqlı narazılığına səbəb olur. Nəticədə işçinin istifadə etdiyi məzuniyyət günlərin çox hissəsi iş gününə təsadüf edirdi. O səbəbdən də, Əmək Məcəlləsinə məzuniyyətin verilməsi zamanı işəgötürənin razılığının olması da tələb kimi əlavə olundu. Yəni, işçi ərizə ilə müraciət etdiyi halda işəgötürənin də məzuniyyət hüququ verməmək səlahiyyəti var. Dövlət siyasəti odur ki, işçi məzuniyyət hüququndan istifadə etməklə tam istirahət etməlidir. O səbəbdən də, Əmək Məcəlləsi məzuniyyətin bir dövrünün ən azı iki təqvim həftəsindən az olmaması tələbi qoyub. Çünki qisa müddətli məzuniyyət işçinin əmək qabiliyyətini tam bərpa etmir. İşçi ən azı 14 gün işdən uzaqlaşmalıdır ki, normal istirahət etsin.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər