Cümə axşamı, 01 Oktyabr 2020 07:42

Millət vəkili: "Dövlət hərbiyə cağrılan günəmuzd və ya rəsmi əmək müqaviləsi olmadan çalışan şəxslərə MALİYYƏ DƏSTƏYİ versin"

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ölkədə qismən səfərbərlik elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam qüvvəyə mindiyi gündən artıq ölkə vətəndaşları səfərbərliyə cəlb olunub.

Maraqlıdır, hərbi səfərbərliyə cəlb olunmuş vətəndaşların - müəssisə əməkdaşlarının, eləcə də fiziki şəxslərin əmək haqları necə tənzimlənəcək?

Millət vəkili Vüqar Bayramovun fikrincə, dövlət və özəl qurumlarda əmək haqqı müqaviləsi ilə çalışan və orduya könüllü qoşulan vətəndaşlarımıza, onların ailələrinə maaşların ödənilməsində problem olmayacaq:

“Bununla yanaşı, qeyd edim ki, çoxlu sayda həmyerlilərimiz var ki, onlar ya günəmuzd və ya rəsmi əmək müqaviləsi olmadan çalışırdılar. Onlar könüllü şəkildə orduya yazılır və ərazi bütövlüyünün qorunmasında iştirak edirlər. Həmin vətəndaşlarımızın ailələrinin sosial təminatının qorunmasında iştirakımız və onlara hamımızın dəstək olmağımız çox da vacibdir. Bu baxımdan, təklif edirəm ki, könüllü və qismən səfərbərlik ilə torpaqlarımızın işğaldan azad olunması üçün orduya qoşulan vətəndaşlarımızın siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılaraq müvafiq dəstəkləyici tədbirlər daha da genişləndirilsin. Günəmuzd işləyən və ya işləməyən vətəndaşlarımızın ailələrinə maliyyə dəstəyi ilə bağlı tədbirlərin də instensivləşdirilməsinə ehtiyac var”.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov "Qafqazinfo"ya  bildirib ki, Əmək Məcəlləsinə əsasən işçi hərbi mükəlləfiyyətlə bağlı vəzifələrini yerinə yetirməsi üçün hərbi toplanışa cəlb edilib ordu sıralarında iştirak etdikdə iş yeri və əmək haqqı saxlanılır:

“Orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində işçinin qazandığı əmək haqqından hesablanır. Hərbi xidmət haqqında qanuna əsasən toplanışa çağrılmış hərbi vəzifəlilər çağrış üzrə vəzifələrini yerinə yetirdikləri bütün dövrdə daimi iş yerində maaşı saxlanılmaqla iş yerləri qorunur. Göstərilən şəxslərin əmək müqaviləsinə şəxsin iş yerinə qayıdana qədər xitam verilə bilməz. Əmək münasibətlərinin tənizmlənməsi ilə bağlı işə götürən müvafiq əmr vermə səlahiyyətinə malikdir”.

Qeyd edək ki, mks.az saytı hərbi vəziyyətlə bağlı çağırılan işçilərin əmək haqqılarının hesabıanmasını misalla izah edib. Həmin yazı ilə tanış olmaq üçün aşağıdakı linkə daxil olun:

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Şərh yazın