Cümə, 25 Sentyabr 2020 06:00

Diqqət! HR və Mühasiblər, Əmək qanunvericiliyinə aid çətin suallaımızı BİRLİKDƏ HƏLL EDƏK

Dəyərli HR mütəxəssisləri və Mühasiblər

Mks.az saytı olaraq əmək qanunvericiliyinin tətbiqi sahəsindəki geniş təcrübənizə və peşəkarlığınıza güvənərək Sizə müraciət edirik. Əmək qanunvericiliyində (Əmək Məcəlləsi, NK-nın 126, 139, 180 saylı və digər qərarları, normativ hüquqi sənədlər və sair) mövcud olan ziddiyətli, mürəkkəb məqamların aydınlaşdırılması məqsədilə peşəkar mütəxəssislərin cətin suallarına (anonimliq qorunmaq şərti ilə) ekspertlər və rəsmi şəxslərdən cavablardan əldə etmək niyyətindədir.

Zəhmət olmasa, əmək qanunvericiliyinin tətbiqi zamanı qarşılaşdığınız problemlərlə bağlı suallarınızı şərh hissəsinə yazmağınızı və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email adressinə göndərməyinizi xahiş edirik.

Sizin çətin suallarınıza cavab tapmaqla digər həmkarlarımızın da oxşar problemlərini həll etmək əzmindəyik.

Devizimizə sadiqik: Öyrətmək savab, öyrənmək qazanc!

Dəstəyiniz üçün təşəkkür edirik!

P.S. Xahiş edirik ki, satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" kitabından cavablandırılan 500-ə yaxın suallardan kənar məqamları göndərirdiniz. Bəzi həmkarlarımızın yaxın vaxtlarda göndərdiyi 10 sualı tanışlıq üçün Sizə təqdim edirik: 

1) Məzuniyyətdə olan işçi işdən çıxmaq və s. hallar üzrə ərizə yazmaq hüququna malikdir?

2) Başqa işə keçirmə zamanı son haqq-hesabın ödənilməsi mütləqdir?

3) Son 2 ayi ödənişsiz və qismən sosial məzuniyyət olan işçi ixtisara razılıq verərsə, orta əmək haqqı necə hesablanmalıdır?

4) Əvvəllki iş yerində 3 il qismən sosial məzuniyyətdə olan işçinin məzuniyyətinə əsas verən staj dövrü hesablanması zamanı bu müddət necə müəyyən olunacaq?

5) Təlimə göndərilən işçi özü işdən çıxdığı halda, təlim xərclərinin tam və ya qismən əmək haqqısından tutula bilər?

6) İşçinin ixtisarı zamanı əmək müqaviləsinə xitam verildiyi halda, hesablanan müavinət məbləğindən istifadə etdiyi məzuniyyət haqqı tutula bilər?

7) İşçi əvəzçilik işlədiyi iş yerində onun əsas iş yerindən çıxdığı mütləq əmək müqaviləsi dəyişdirilməlidir?

8) Dövlətdə çalışan işçi 70-ci maddənin "ç"işdən çıxdığı halda yenidən dövlət müəssisəsində çalışa bilər?

9) İşəgötürən işçiyə gələdcək dövr üçün əmək haqqı ödəməklə adı qaydada  işdən azad edə bilər?

10) İşçinin əmək haqqısı 1000 manatdırsa, təşkilatdan 5000 manat məbləğində  əmək haqqından avans əldə bilər?

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

Şərh yazın