Əmək müqaviləsi ilə bağlı əksər HR-lar və işçilərin istifadə etmədiyi amma vacib MADDƏ

Əmək müqaviləsi ilə bağlı əksər HR-lar və işçilərin istifadə etmədiyi amma vacib MADDƏ

Satışı davam edən "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu 2020" (II nəşr) kitabının "Əmək müqaviləsinə xitam qaydaları" bölməsindən seçmə

Əmək Məcəlləsinin 75-ci maddəsi əmək müqaviləsində nəzərdə tutulan hallarda ona xitam verilməsini tənzimləyir. Əmək müqaviləsi imzalanarkən işçi və işəgötürən razılaşır ki, hansı hallarda əmək müqaviləsinə xitam verə bilərlər. Həmin hallardan biri baş verərsə, öncədən hər hansı rəsmi xəbərdarlıq məktubunun göndərilməsi və ya Əmək Məcəlləsində nəzərdə tutulan işdənçıxma müavinətinin ödənilməsinə ehtiyac duyulmur.
Həmin halları misallar üzərindən izah edək:

- Tərəflərin qarşılıqlı razılığı
Açıqlama: İşəgötürənin işçi ilə bağladığı əmək müqaviləsində qeyd olunur ki, əmək müqaviləsini tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt ləğv edə bilərlər. Müqavilənin müddətli və ya müddətsiz bağlanmasının tərəflərin qarşılıqlı razılığı əsasında ləğvinə təsiri yoxdur.
Misal 1. İşəgötürən və mühasib vəzifəsində çalışan işçi müddətsiz bağlanmış əmək müqaviləsinin 3-cü ayında razılığa gəlirlər ki, əmək müqaviləsinə xitam versinlər. Əmək müqaviləsini imzalayarkən belə bir razılaşma olur ki, mühasib Amerika Birləşmiş Ştatlarında işləmək üçün səfirliyə viza üçün dövri olaraq müraciət edir, əgər nə vaxtsa, onun müraciətinə müsbət cavab verilsə, viza təqdim olunduğu gündən sonrakı iş günündə əmək müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunacaq.
Misal 2. İşəgötürən və marketinq meneceri müddətsiz əmək müqaviləsi imzalayırlar. İşəgötürən bildirir ki, işçi yeni məhsul brendinin reklamı ilə məşğul olacaq və əgər reklam nəticəsində məhsulların satışı 3 ay ərzində X manatı keçməsə, 4-cü ayın ilk iş günündə qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinə xitam veriləcək.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər