İşçinin əmək məzuniyyətindən istifadə hüququ nə zaman yaranır? (FƏRQLİ YANAŞMALAR)

İşçinin əmək məzuniyyətindən istifadə hüququ nə zaman yaranır? (FƏRQLİ YANAŞMALAR)

Satışda olan "Əmək Qanunvericiliyi və Şərhlər Toplusu" kitabının "Məzuniyyətlər" bölməsindən seçmə

Əvvəlcə təcrübədə ən çox istifadə olunan əmək məzuniyyəti haqqında məlumat verək. Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. 
Misal. “A” MMC-nin işçisi 1 sentyabr 2019-cu il tarixdə işə qəbul olunub. O, 1 oktyabr 2019-cu il tarixdə müraciət edir ki, 15 oktyabr 2019-cu il tarixdən əmək məzuniyyəti hüququndan istifadə etmək istəyirəm. İşəgötürən işçinin həmin tarixdə əmək məzuniyyətinə buraxılmasını təmin etməyəcək, çünki onun əmək məzuniyyətinə çıxmaq hüququ işə qəbul olunduqdan 6 ay sonra, yəni 1 mart 2020-ci ildən sonra yaranacaq.
Bəzi mütəxəssislər iddia edirlər ki, işəgötürən istədiyi halda işçini məzuniyyətə buraxmaq hüququna malikdir. Hətta bununla bağlı DSMF rəsmilərinin məktubunu da əsas gətirirlər. Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən ilk işi ili üçün 6 ay tamam olduqdan sonra əmək məzuniyyətindən istifadə etməklə bağlı DƏMX-ə edilmiş sorğunun cavabında qeyd edilir: “Əmək Məcəlləsinin 2-ci maddəsinin 2-ci hissəsinə əsasən, ilk iş ili üçün 6 aydan tez əmək məzuniyyətindən istifadə etmək olar və buna görə işəgötürən İnzibati Xətalar Məcəlləsinə əsasən hər hansı bir məsuliyyətə cəlb oluna bilməz.”

Məktubdan göründüyü kimi, işçiyə 6 aydan tez məzuniyyətin verilməsi inzibati xəta kimi qiymətləndirilə bilməz. Amma fikrimizcə, işçinin 6 aydan tez əmək məzuniyyətinə çıxması düzgün hal kimi qəbul olunmamalıdır. Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən, əmək məzuniyyəti — işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır.
Məntiqlə bir ay işləyən işçinin əmək qabiliyyətinin bərpası üçün məzuniyyət götürməsi ağlabatan hesab edilə bilməz.

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Xəbərlər