Koronavirus pandemiyası ilə bağlı işçilərin ödənişsiz məzuniyyətə necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Koronavirus pandemiyası ilə bağlı işçilərin ödənişsiz məzuniyyətə necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Satışda olan "Kargüzarlıq: A-dan Z-yə" kitabının "Karantin dövründə əmək münasibətlərinin rəsmiləşdirilməsi" bölməsindən seçmə

Bir məsələni qeyd edək ki, yuxarıda qeyd etdiyimiz iki haldan (ödənişli və ya ödənişsiz məzuniyyət) birini seçərkən işəgötürənin işçilərə münasibətdə ayrı-seçkiliyə yol verməsi qadağandır. Başqa sözlə desək, eyni vaxtda işçilərin bir hissəsini ödənişli, digər hissəsini ödənişsiz məzuniyyətə göndərmək yolverilməzdir. Əmək Məcəlləsinin 16-cı maddəsi əmək münasibətlərində işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsini qadağan edir. İndi isə belə müəssisələrdə (fəaliyyəti tam məhdudlaşdırılmış) işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması əmrinin nümunəvi formasına baxaq.

Blank “Alov” MMC
ӘMR
№________

Bakı şәhәri ____ ____________2020-ci il

Koronavirus pandemiyası ilə bağlı işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi haqqında

Azәrbaycan Respublikasının Nazirlər Kabinetinin ___ __________2020-ci il tarixli, ___№-li qərarı ilə Səhmdar Cəmiyyətin fəaliyyətinin tam məhdudlaşdırılmasını nəzərə alaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinin birinci hissəsinə әsaslanaraq
ӘMR EDİRӘM:

1. ____ ___________ 2020-ci il tarixdən Səhmdar Cəmiyyətin Satış və Marketinq departamentlərinin işçiləri 1 (bir) ay müddətində ödənişsiz məzuniyyətə göndərilsin.
2. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbәsinin mudiri Ağazadә Nazlı Hәsәnağa qızına həvalə olunsun
3. İşçilərin əmrlə tanış olmaları həyata keçirsin.

Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum:

__________ Qafarov S.M.

Tarix: ________

__________ Quliyev R.Ә.
Tarix: ________


Qeyd edək ki, fəaliyyəti tam məhdudlaşdırılmış müəssisələrdə işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi işəgötürənin əsaslandırılmış qərarı əsasında olmalıdır. Çünki belə qərarlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır.

"Vergi uçotu: A-dan Z-yə" (II nəşr),  “Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr)

adlı 3 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər