Cümə axşamı, 31 May 2018 06:19

Tanınmış baş mühasib Xalid Cəfərovdan mühasibatlığı öyrənmək üçün ŞANS

Tanınmış baş mühasib, təlimçi Xalid Cəfərov "Praktiki Mühasibatlıq" mövzusunda təlim keçirəcək. 

Təlimçi haqqında məlumat:

Xalid Cəfərov 1998-2002 - ci illərdə UNEC Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin bakalavr, 2002-2004-cü illərdə isə eyni fakültənin magistr dərəcəsini bitirib. 2006-2007 - ci illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu, İri Sığortaedənlərlə iş departamentində Fərdi uçotun təşkili sektoru, İnspektor, 2007-2008-ci illərdə həmin Fondda böyük məsləhətçi, 2008-2009-cu illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası mühasib, 2009-cu ildən bugünə kimi isə eyni adlı yerdə şöbə rəisi-baş mühasib kimi çalışır. Bir neçə təlim mərkəzində Mühasibat uçotu üzrə təlimçi kimi çıxış etmiş, hər bir Beynəlxalq standartları bilən peşəkar mühasib kimi ACCA F3 sertifikatına malikdir.

Təlim haqqında məlumat:  

Mühasibat uçotu haqqında ümumi məlumat:
• Mühasibat uçotunun növləri.
• Uçotun aparılma formaları.
• Mühasibat uçotunun metodları.
• Uçotun ölçüləri.

• Mühasibat uçotunun əsas prinsipləri.
• Sintetik və analitik hesablar.
• Hesablar planı.
• Mühasibat uçotunda ikili yazılış və T yazılışı.
• Aktiv və passiv hesablar,
• Debet və Kredit anlayışı.
Maliyyə hesabatları və cədvəllər barədə ümumi məlumat:
• Dövriyyə-qalıq cədvəli və şahmat çədvəli.
• Mənfəət və zərər haqqında hesabat (Maliyyə nəticələri haqqında hesabat).
• Pul vəsaitlərinin hərəkəti haqqında hesabat.
• Kapitalda dəyişikliklər haqqında hesabat.
• Balans hesabatı (Maliyyə vəziyyəti barədə hesabat).
• Maliyyə hesabatlarının 5 əsas elementi və əsas maliyyə bərabərlikləri.
Əsas vəsaitlər (Torpaq, tikili və avadanlıqlar) və Qeyri-Maddi Aktivlər:
• Əsas vəsaitlərin yaranma mənbələri.
• Əsas vəsaitlərin amortizasiyası və amortizasiya metodları.
• Əsas vəsaitlərin təmiri.
• Əsas vəsaitlərin yenidənqiymətləndirilməsi.
• Əsas vəsaitlərin xaricolması.
• İcarə əməliyyatları (lizinq).
• Daşınmaz əmlaka investisiyaların izahı.
• Əsas vəsaitlərin yenidənqiymətləndirilməsi.
• Əsas vəsaitlərin inventarizasiyası və inventarizasiya nəticəsindən asılı olaraq yaranan proseslər.
• QMA yaranma mənbələri.
• QMA amortizasiyası və amortizasiya metodları.
• QMA xaricolması.
Alış əməliyyatları və kreditor borclar (uzunmüddətli və qısamüddətli):
• Alış əməliyyatlarının həyata keçirilməsi.
• Alış əməliyyatları zamanı vergi öhdəlikləri.
• Malsatan və podratçılarla hesablaşma qaydaları.
• Verilmiş avanslar üzrə hesablaşmalar (uzunmüddətli və qısamüddətli).
• Alışlar zamanı əlavə xərclərin qeydiyyatı.
• Gələcək hesabat dövrünün xərcləri (uzunmüddətli və qısamüddətli)
Satış əməliyyatları və debitor borclar (uzunmüddətli və qısamüddətli)
• Satış əməliyyatlarının həyata keçirilməsi.
• Satışın maya dəyəri (SMD).
• Satış əməliyyatları zamanı vergi öhdəlikləri.
• Satılmış malların qaytarılması.
• Verilmiş güzəştlər.
• Debitorlarla hesablaşma qaydaları.
• Alınmış avanslar üzrə hesablaşmalar (uzunmüddətli və qısamüddətli).
• Gələcək hesabat dövrünün gəlirləri (uzunmüddətli və qısamüddətli)

Kassa və bank əməliyyatları:
• Pul vəsaitlərinin uçotu.
• Kassa əməliyyatları:
• Kassa kitabının formalaşdırılma qaydaları.
• Kassa-Mədaxil Orderi.
• Kassa-Məxaric Orderi.
• Avans hesabatı.
• Təhtəlhesab şəxslərlə hesablaşmalar.
• Bank (hesablaşma) əməliyyatları:
• Ödəniş tapşırığının formalaşdırılma qaydaları.
• ƏDV depozit hesabı.
• Akkreditivlərin açılması prosesinin izahı.
Mal-materialla bağlı aparılan əməliyyatları:
• Mal-material ehtiyatları:
• Materialların alışı əməliyyatları.
• Materialların istismara və istehsalata verilməsi prosesi.
• Material ehtiyatlarının uçotunun 2 forması (Avco və FİFO).
• Malların alışı və satışı əməliyyatları.
• Satış məqsədilə saxlanılan digər aktivlər üzrə əməliyyatlar.
• Mal və materialların inventarizasiyası və inventarizasiya nəticəsindən asılı olaraq yaranan proseslər.
Maya dəyərinin (kalkulyasiya) formalaşdırılması və hazır məhsul:
• Məsrəflər və xərclər arasındakı fərqin izahı.
• Maya dəyərinin formalaşdırılmasının tərkib hissələri.
• Maya dəyərinin formalaşdırılmasının növləri.
• Maya dəyərinin formalaşdırılmasının müxabirləşmələri.
Əmək haqqı ilə bağlı aparılan işlər:
• Əmək haqqının hesablanması ilə bağlı əməliyyatlar.
• Məzuniyyətin və son haqq-hesabın hesablanması ilə bağlı əməliyyatlar.
• Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablamalar.
• Ezamiyyətlərin sənədləşdirilməsi və hesablanması.

Vergi və sair məcburi ödənişlər:
• Əlavə Dəyər Vergisi üzrə əməliyyatlar.
• Əvəzləşdirilən Əlavə Dəyər Vergisi üzrə əməliyyatlar.
• Gəlir vergisi üzrə əməliyyatlar.
• Mənfəət vergisi üzrə əməliyyatlar.
• Əmlak vergisi üzrə əməliyyatlar.
• Sadələşdirilmiş vergi üzrə əməliyyatlar.
• DSMF üzrə Sosial sığorta və təminat (22%, 3% və 0.5% İSH) üzrə əməliyyatlar.
• Təxirəsalınmış vergi aktivləri və öhdəlikləri.

Mənfəət hesablanması:
• Gəlirlər və xərclərin öz xarakterinə görə bağlanması metodunun izahı.
• Ümumi mənfəətin tapılmasının hesablanması.
• Vergidən əvvəlki mənfəətin hesablanması.
• Xalis mənfəətin tapılması.
• Bölüşdürülməmiş mənfəət və kapitala təsirinin izahı.
• Dövriyyə-qalıq cədvəlinin işlənməsi.
• Şahmat cədvəlinin işlənməsi.
• Mənfəət və zərər haqda hesabatın işlənməsi.
• Pul vəsaitlərinin hərəkəti hesabatının işlənməsi.
• Kapitalda dəyişiklik hesabatının işlənməsi.
• Balansın qurulması.

Təlimin müddəti:

Başlama vaxtı: 11.06.2018
Müddəti: 32 saat (2 ay)

Əlaqə məlumatları:

SM MMC - Tax and Accounting training

Ünvan:  Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli 156

Telefon: +99455 254 68 41
             +012 565 57 14

 

Şərh yazın