Emin Səttarov: “Əksər vergi ödəyiciləri bu məsələyə ilə bağlı yanlış düşünürlər”

Emin Səttarov: “Əksər vergi ödəyiciləri bu məsələyə ilə bağlı yanlış düşünürlər”

"SM CONSULTİNG" MMC-in rəhbəri Emin Səttarov spiker olduğu Milli Mühasiblər Forumunda anlayışlarla bağlı çox maraqlı məqamlara toxunub: “Vergi ödəyiciləri bildirirlər ki, 2 ödəyici tanıyırıq: Sadələşdirilmiş vergi ödəyiciləri və ƏDV ödəyiciləri. Amma əslində belə yanaşma səhvdir. ƏDV sonradan yaranan mükələfiyyətdir. ƏDV məbcuri, könülli və icbari ola bilər. Əslində hüquqi şəxslər ya sadələşdirimiş, ya da mənfəət vergisi ödəyicisi ola bilərlər. Fiziki şəxslər isə, ya sadələşdirimiş, ya da gəlir vergisi ödəyicisi olurlar”.

Emin Səttarovun fikrincə, “mənfəət və ya gəlir vergisi ödəyici mütləq ƏDV ödəyici olmalıdır” fikri yanlışdır. Natiq fikrini əsaslandırmaq üçün belə bir misal çəkib: “Yeni fəalyyətə başlayan “A” MMC ƏDV ödəyicisi olmaq istəmir, gedib sadələşdirilmiş vergi ödəyicisi olur ki, bu da həmin sahibkarın gəlirliyinə ciddi təsir edir. Misal üçün, 9 manatlıq malı alıb, 10 manata satırsınızsa, o zaman sadələşdirilmiş vergi ödəyici olmaq sərfəli deyil. Bu halda hüquqi şəxsin mənfəət vergisi ödəyicisi kimi xərclərini gəlirdən çıxdıqdan sonra qalan mənfəətin 20 faizi ödəməsi daha düzgün olardı. ”
Qeyd edək ki, mks.az saytının media tərədaşı olduğu Milli Mühasiblər Forumu 28-29 aprel 2018-ci il tarixlərində Şamaxıda keçirilib. Forumun sessiyalarında spikerlərin təqdimat zamanı səsləndirdiyi maraqlı fikirlərin dərcini davam etdirəcəyik.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər