Əlil maddi-məsul şəxs ola bilər?

Əlil maddi-məsul şəxs ola bilər?

Sual: 1-ci və 2-ci qrup əlillər maddi-məsul şəxs kimi işləyə bilərmi?
Böyükağa Mehdizadə

Cavab: Qanunvericilikdə belə bir istisnaların olmasına rast gəlməmişik.Əmək Məcəlləsinin 200-ci maddəsində yazılmışdır:
Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması
3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir.
Yəni işəgötürən işçini maddi-məsuliyyəti olan işə cəlb edəndə özü qərar verməlidir ki,1-ci və ya 2-ci qrup əlilə bunu həvalə etmək olarmı? Əlilliyi olan bu şəxslərin məsuliyyətli işi görmək bacarığının olmasını işəgötürən müəyyən etməlidir. Praktikada 1-ci qrup əlil işləməsinə rast gəlməmişik. Nadir hallarda 2-ci qrup əlillərin işləməsini görmüşük, ancaq onlara maddi-məsul işlərin həvalə olunmasına təsadüf etməmişik. Bu məsələdə işəgötürənlər və işçilər diqqətli olsunlar.

0 Komment

    Şərh yazın

    Xəbərlər