Yeni hesablarda debitor borclarının uçota alınmasının özəlliyi

Yeni hesablarda debitor borclarının uçota alınmasının özəlliyi

Köhnə hesablar planında maliyyə icarəsi üzrə debitor borcları və faizlər üzrə debitor borcları qısamüddətli və uzunmüddətliyə ayrılmırdı. Yeni hesablar planında əvvəl müxabirləşmə aparılan zaman bütün məbləğləri uzunmüddətli kimi göstərmək olar. Hesabat ilinin sonunda isə maliyyə hesabatları təqdim olunan zaman müəyyənləşdirmək lazımdır ki, bu borclardan hansı qısamüddətli, hansı uzunmüddətlidir. Əgər qısamüddətli borc varsa, artıq həmin məbləğ uzunmüddətlidən qısamüddətli hesaba silinməlidir. Köhnə hesablarda faiz və əsas borc məbləğləri də bir hesabda uçota alınırdı, amma yeni hesablarda artıq əsas borc və hesablanılmış faizlər ayrı ayrı hesablarda əks olunmalıdır. Yuxarıdakı mexanizm üzrə il sona çatdıqca sonrakı illəri də uzunmüddətlidən qısamüddətliyə keçirmək lazımdır.

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər