Mühasibat uçotunun təşkilini necə qurmalı və necə cür memorial orderdən istifadə olunur?

Mühasibat uçotunun təşkilini necə qurmalı və necə cür memorial orderdən istifadə olunur?

İndi isə mühasibat uçotunun təşkili haqqında qısa məlumat verək.
Birinci mərhələ: təsərrüfat əməliyyatlarının rəsmiləşdirilməsi;
İkinci mərhələ: rəsmiləşdirilmiş əməliyyatların sintetik hesablar vasitəsilə müxabirləşmələrinin aparılması;
Üçünçü mərhələ: müxabirləşmələrin mühasibat registrlərinə işlənilməsi;
Dördüncü mərhələ: reqisterlərdə analitik uçotun formalaşdırılması;
Beşinci mərhələ: mühasibat hesabatların tərtib olunması.
İlk iki mərhələ haqqında əvvəlki fəsillərdə ətraflı məlumat vermişik. İndi isə müxabirləşmələrin mühasibat registrlərinə işlənilməsinə nəzər
salaq. Əvvəllər mühasibat uçotunun qurulmasının 2 forması vardı. Jurnal order və memorial order forması. Təcrübədə ən sadə, optimal və özünü
doğruldan forma memorial order formasıdır. Onu da deyim ki, jurnal order formasından demək olar ki, daha istifadə olunmur. Bəs memorial order formasını necə qurmaq lazımdır. Təcrübədə ilkin olaraq 6 memorial order tərtib olunur, daha doğrusu, əməliyyatlar növünə və müxabirləşmələrinə görə 6 yerə bölünür.
1-ci order - Kassa əməliyyatlarının müxabirləşmələri üçün yazılır;
2-ci order - Bank əməliyyatlarının müxabirləşmələri üçün yazılır;
3-ci order - Əməkhaqqı üzrə əməliyyatların müxabirləşmələri üçün yazılır;
4-cü order - Təhtəlhesab əməliyyatların müxabirləşmələri üçün yazılır;
5-ci order - Digər təsərrüfat əməliyyatlarının müxabirləşmələri üçün yazılır;
6-cı order - Yekun, mənfəət, zərər üzrə əməliyyatların müxabirləşmələri üçün yazılır.

1 Komment

  1. Cavad 17 Sentyabr 2020

    Podrat tikinti təşkilatlarda xərclərin uçotu necə aparılır və mənfəət neçə formalaşır

Şərh yazın

Xəbərlər