Azqiymətli və tez köhnələn əşyalar nədir və yeni hesablar planında necə uçota alınır

Azqiymətli və tez köhnələn əşyalar nədir və yeni hesablar planında necə uçota alınır

Təcrübədə tez-tez soruşurlar ki, yeni hesablar planında azqiymətli və tez köhnələn əşyalar hansı hesablarda uçota alınır, onlara amortizasiya hesablanılırmı? Bütün bunlara aydınlıq gətirmək üçün ilk növbədə, köhnə hesablar planında azqiymətlilər haqqında nə yazıldığına baxaq.

12 №-li «Azqiymətli və tezköhnələn əşyalar» hesabı

12 №-li «Azqiymətli və tezköhnələn əşyalar» hesabı müəssisəyə məxsus və müəyyən olunmuş qaydaya müvafiq dövriyyədəki vəsaitlərin tərkibinə daxil edilən azqiymətli və tezköhnələn əşyaların, təsərrüfat inventarlarının ümumi və xüsusi təyinatlı alət və ləvazimatların və digər əmək vasitələrinin mövjudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulur. Bu hesabda müəssisənin istismarında olan müvəqqəti (titulsuz) tikintilər, ləvazimatlar və qurğuların da uçotu aparıla bilər. Müəssisənin işçilərinə verilməsi nəzərdə tutulmuş hazır formalı geyim paltarlarının uçotu 12 №-li «Azqiymətli və tezköhnələn əşyalar» hesabında, həmin paltarların tikişi üçün alınan materiallar isə 10 №-li «Materiallar» hesabında aparılır.

13 №-li «Azqiymətli və tezköhnələn əşyaların köhnəlməsi» hesabı

Bu hesab 12 №-li «Azqiymətli və tezköhnələn əşyalar» hesabında uçotu aparılan istismarda olan azqiymətli və tezköhnələn əşyaların və başqa əmlakın, həmçinin 41 №-li «Mallar» hesabında uçotu aparılan kirayəyə verilən əşyaların köhnəlmə məbləğləri haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulur.

Köhnə “Mühasibat uçotu haqqında” qanunda da yazılıb ki, faydalı istifadə müddəti 1 ildən az olan inventarlar azqiymətli və tezköhnələn əşyalar adlanırdı. Əvvəlki qaydalara görə, belə əşyalar istismara verilən kimi dəyərinin 50%-i, istismar müddəti keçdikdən sonra isə qalan 50% silinirdi.

Yeni hesablar planında azqiymətli, tezköhnələn əşyalar adlı nəinki hesab, ümumiyyətlə, belə anlayış yoxdu. Onda yeni hesablar planı ilə azqiymətli, tezköhnələn əşyaları necə uçota almaq olar. Azqiymətli inventarlar faktiki  maddi aktvilərlərdir. İstimar müddəti çox az olduğuna görə onları uzunmüddətli aktivlər kimi qəbul etmək olmaz. Ona görə də biz bunları ehtiyatlar kimi qəbul edə bilərik. Yeni hesablar planının 20 saylı maddəsində (Ehtiyatlar) belə hesab yoxdur. Amma biz təcrübədə 211 saylı “İnventarlar” adlı hesab, 211-1 saylı “Ehtiyatda olan inventarlar” və 211-2 saylı “İstimarada olan inventarlar” adlı subhesabların açılmasını məqsəduyğun sayırıq. Məntiqlə yanaşsaq, məlumdur ki, inventar alınır. Həmin inventar ehtiyatda da, istismarda da olsa, fiziki formaya malikdir. Ən əsası odur ki,/dəyəri uzun müddətə yox, qısa müddətə məhsulun maya dəyərinə daxi edir. Odur ki, inventar alınan zaman 211-1 subhesaba, sonradan istismara verilən zaman isə 211-2 hesaba mədaxil etmək lazımdır. Artıq bu inventarları ehtiyatlarda saxlamaq lazımdır. İstimar müddəti qurtaran kimi isə həmin inventarları silmək və müvafiq xərc maddələrində əks etdirmək lazımdır.

Soruşa bilərsiniz ki, alınan kimi onun dəyərini birbaşa xərclərə silmək olarmı?

Bəli, mühasibat uçotu qaydalarında buna heç bir məhdudiyyət qoyumayıb. Ən əsası odur ki, belə inventarların dəyəri çox azdır. Həmçinin, Vergi Məcəlləsində də 100 manatdan yuxarı olan və istismar müddəti 1 ildən çox olanlar əsas vəsait kimi qəbul edilir. Belə ki, istismardan sonra (amortizasiya olunmaqla) əsas vəsaitin dəyəri 100 manatdan aşağı düşərsə, həmin əsas vəsait balansdan silinməlidir. Belə çıxır ki, 100 manatdan aşağı olan və istismar müddəti 1 ildən az olan inventarları birbaşa silmək olar.

Göründüyü kimi Vergi Məcəlləsi də belə inventarları birbaşa silməyə məhdudiyyət qoymur. Lakin bir az da dərindən baxanda aydın olur ki, bu silinmə qaydası maddi aktiv əsas vəsait kimi qəbul olunduqdan sonra tədbiq edilir. Ona görə də yaxşısı budur, inventarlar alındıqdan sonra bildirdyim kimi ehtiyatlarda uçota alınsın və istismara yararsız hala düşəndə artıq ehtiyatlardan məsrəflərə silinsin.

2 Komment

  1. Aliya Atakishizada 26 Yanvar 2021

    Salam, "Cümə axşamı, 05 Yanvar 2012 05:42 Azqiymətli və tez köhnələn əşyalar nədir və yeni hesablar planında necə uçota alınır 2012" yazdığınızda "Ən əsası odur ki, belə inventarların dəyəri çox azdır. Həmçinin, Vergi Məcəlləsində də 100 manatdan yuxarı olan və istismar müddəti 1 ildən çox olanlar əsas vəsait kimi qəbul edilir. Belə ki, istismardan sonra (amortizasiya olunmaqla) əsas vəsaitin dəyəri 100 manatdan aşağı düşərsə, həmin əsas vəsait balansdan silinməlidir. " Bəs 2021 ci il üçün harda 500 man əsas vəsait sayilir, biz məsələn 200- 400 manata monitor və ya soyudugu 1 ildən artıq zəmanəti varsa Azqiymətli və tez kohnələn əşyalar kimi qeyd etməliyik? Öncədən təşəkkürlər

  2. Asgerova Ramila 27 İyul 2021

    Çox sagolun .Faydalı oldu əlləriniz agrımasın

Şərh yazın

Xəbərlər