Əmək məzuniyyətlərinin növbəlilik qrafiki necə hazırlanmalıdır? (Nümünəvi forma)

Əmək məzuniyyətlərinin növbəlilik qrafiki necə hazırlanmalıdır? (Nümünəvi forma)

Satışı davam edən “A-dan Z-yə: Kargüzarlıq” (IV nəşr) kitabından seçmə

İşin rəsmiləşdirilməsi tərəfinə gəlincə, hər ilin sonunda növbəti il üçün və ya hər ilin əvvəlində həmin il üçün məzuniyyətlərin növbəlilik qrafikinin hazırlanması işlərinə başlanılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, qrafikin tərtibi yanvarın 31-dək yekunlaşmalıdır. Əvvəlcə, təşkilatın rəhbəri qrafikin hazırlanması üçün əmr imzalamalıdır. Əmrin nümunəvi formasını təqdim edirik:

Blank “Alov” MMC

ƏMR

№________

Bərdə şəhəri                      ____ ___________________2019-cu il

Əmək məzuniyyətlərinin növbəlilik qrafikinin hazırlanması haqqında

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 133-cü maddəsinin tələblərinin təmin edilməsi, “Alov” MMC-də 2019-cu il üçün əmək məzuniyyətlərinin verilməsi qrafikinin tərtibi və təsdiqi məqsədilə

                                                                                         ƏMR EDİRƏM:

  1. Cəmiyyətin stuktur bölmələrinin rəhbərləri 15 yanvar 2019-cu il tarixindən gec olmayaraq Kadrlarla iş şöbəsinin müdiri Ağayeva Nazlı Səmədağa qızına 2019-cu il üzrə əmək məzuniyyətlərinin növbəlilik qrafikinin layihəsinin tərtibi üçün lazımi məlumatı təqdim etsinlər. Məlumatın hazırlanması zamanı aşağıdakılar mütləq nəzərə alınmalıdır:

- Əmək məzuniyyəti hüququ olan işçilərin məzuniyyət vaxtı ilə bağlı istəkləri;

- Əsas məzuniyyətinin hissələrə bölünərək (Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmamalıdır) verilməsi ilə bağlı işçilərin arzuları;

- Əvəzçilik qaydasında işləyənlərin əsas iş yerində məzuniyyət dövrü.

  1. Kadrlarla iş şöbəsinin müdiri Ağayeva Nazlı Səmədağa qızı əmək məzuniyyətlərinin növbəlilik qrafikinin layihəsini hazırlayaraq müvafiq şöbələrin razılığını və “Alov” MMC-nin ilk həmkarlar ittifaqı təşkilatının müsbət rəyini aldıqdan sonra 31 yanvar 2019-cu il tarixindən gec olmayaraq təsdiq üçün təqdim etsin.
  2. Kadrlarla iş şöbəsinin müdiri Ağayeva Nazlı Səmədağa qızı əmri aşağıdakı şəxslərin diqqətinə çatdırsın:

- Baş mühasib Səlimova Sultanə Samir qızı;

- Satış şöbəsinin müdiri Əliyev Səməd Şamil oğlu;

- Təchizat şöbəsinin müdiri Qafarov Qasım Qara oğlu.

...

...

  1. Əmrin icrasına nəzarət Kadrlarla iş şöbəsinin müdiri Ağayeva Nazlı Səmədağa qızına həvalə olunsun.

Direktor ________ Nəbili N.N.

Əmrlə tanış oldum:

Baş mühasib ___________Səlimova S.S. 

Tarix: _____ _____________

Satış şöbəsinin müdiri ______________Əliyev S.Ş.

Tarix: _____ _____________

Təchizat şöbəsinin müdiri _____________Qafarov Q.Q.

Tarix: _____ _____________

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) Vergi Qanunvericiliyi və Şərhlər Toplusu - qiymət 35 (30) manat - satışı bitib
2) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" (II nəşr) -qiymət 40(35) manat
3) Əmək Qanunvericiliyi və Testlər Toplusu - qiymət 35 (30) manat (Satışına start verilib)
4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 60 (50) manat
6) Vergi uçotu: A-dan Z-yə kitabı (VI nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)
7) Vergi Məcəlləsi 2022 - qiymət 17 (15) manat (Satışına start verilib)

Yaxın zamanlarda satışda olacaq Nəşrlərimiz
8) Vergi Məcəlləsi. Xüsusi hissənin izahı kitabı

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.
Qeyd 2. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

0 Komment

    Şərh yazın

    Xəbərlər