10 ballıq tapşırıqlarında mikro sahibkarlıq subyekti olan vergi ödəyicisinin mənfəət vergisinin hesablanmasının izahı

10 ballıq tapşırıqlarında mikro sahibkarlıq subyekti olan vergi ödəyicisinin mənfəət vergisinin hesablanmasının izahı

Satışı davam edən “PMS Sertifikatı (II mərhələ): Test və tapşırıqlar” (III nəşr) kitabından seçmə

Üçüncü hal. Mikro sahibkarlıq subyektləri üçün mənfəət (gəlir) vergisi üzrə güzəşt nəzərdə tutulub. Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş mənfəət vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Mikro sahibkarlıq subyekti olan hüquqi şəxsə tətbiq edilən 75 faizlik güzəştlə bağlı aşağıdakı halları nəzərə almalıyıq:

1) Mikro sahibkarlıq subyekti olan hüquqi şəxslər 75 faizlik güzəştdən yararlanmaq üçün iki tələbə əməl etməlidir:

- müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmamalıdır;

- məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamalıdır.

2) Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən ediləcək. Yəni hansı ayda neçə işçi işləməsindən asılı olmayaraq təqvim ili ərzində muzdlu işçilərin sayı 36-dan az olmamalıdır. Bir məsələni xüsusi vurğulayaq ki, fərdi sahibkar olan mikrosahibkarlıq subyektlərində fiziki şəxs özü işçi hesab edilmir.

3) İşçilərin tam və ya natamam iş vaxtı ilə çalışması tələbi yoxdur. Önəmlisi odur ki, təqvim ili ərzində muzdlu işçilərin sayı 36-dan az olmasın.

4) Yuxarıdakı iki tələbə (muzdlu işçi sayı və məcburi dövlət sosial sığorta haqları üzrə borcun olmaması) əməl olunsa belə, vergi ödəyicisi əmtəəsiz əməliyat həyata keçirdiyi halda yanaşma fərqli olacaq. Bu zaman 75 faizlik vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilməyəcək.

Mİsal. Mikro sahibkarlıq subyekti olan fərdi sahibkarın  2024-cü il üzrə orta aylıq muzdlu işçisi 3 nəfərdən az olarsa, o zaman 2024-cü il üzrə gəlir vergisi 6 000 manat (30 000 manat (gəlirin məbləği) x 20 faiz (verginin dərəcəsi)) təşkil edəcək. Amma orta aylıq muzdlu işçisi 3 nəfər olarsa və məcburi dövlət sosial sığorta üzrə borcu olmadığı halda gəlir vergisi 1 500 manat (30 000 manat (gəlirin məbləği) x 20 faiz (verginin dərəcəsi) x 25 faiz (75 faizlik güzəşt nəzərə alinmaqla)) təşkil edəcək. Göründüyü kimi, eyni gəlirə malik olan fərdi sahibkarın dövlət büdcəsinə ödədiyi vergilərdə 4 dəfə, yəni 4 500 manat (6 000 manat – 1 500 manat) fərq var.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər