PMS Sertifikatı imtahan üzrə 10 ballıq tapşırıqda borc, işçiyə natura şəklində malların verilməsi və beynəlxalq daşımanin ƏDV öhdəliyi

PMS Sertifikatı imtahan üzrə 10 ballıq tapşırıqda borc, işçiyə natura şəklində malların verilməsi və beynəlxalq daşımanin ƏDV öhdəliyi

Satışı davam edən “PMS Sertifikatı (II mərhələ): Test və tapşırıqlar” (III nəşr) kitabından seçmə

Misalda qeyd edilib ki, fiziki şəxs olan ƏDV ödəyicisi qarşı tərəfə təqdim etdiyi 20 000 manat üzrə ödəmə almasa da, həmin vergi ödəyicisi ona 12 000 manat məbləğində borc verib. Göründüyü kimi, qarşı tərəf təqdim olunan malların ödənişini və ya avans ödənişlərini həyata keçirməyib. Amma Vergi Məcəlləsinin 166.4-cü maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən təqdim edilən və dəyəri ödənilməyən mallar (işlər, xidmətlər) üzrə həmin malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən malları (işləri, xidmətləri) təqdim edən vergi ödəyicisinə borc vəsait verildikdə, ƏDV tutulan əməliyyatın vaxtı aşağıdakı vaxt hesab edilir:

- mallar (işlər, xidmətlər) təqdim edildikdən sonra verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – borcun verildiyi vaxt;

- mallar (işlər, xidmətlər) təqdim edilənədək verilmiş borclar üzrə (kredit təşkilatları və bank əməliyyatları aparan şəxslər tərəfindən verilmiş borclar istisna olmaqla) – malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt.

Maddədən göründüyü kimi, vergi ödəyicisi tərəfindən malları təqdim etdiyi və ya edəcəyi vergi ödəyicisindən borc məbləği alınarsa, həmin məbləğin ƏDV-yə cəlb edilməsi nəzərdə tutula bilər. Misalımıza uyğun olaraq 12 000 manatlıq borc üzrə ƏDV məbləği büdcəyə bəyan edilməlidir.

Vergi ödəyicisinin öz işçilərinə 3000 manat məbləğində malları əmək haqqı əvəzinə natura şəklində verilməsi halına baxaq. Vergi Məcəlləsinin 166.1.4-cü maddəsinə əsasən, natura şəklində aparıldıqda aktivlərin əldə edildiyi vaxt vergi tutulan əməliyyatların aparıldığı vaxt hesab ediləcək. O səbəbdən də, işçilərə natura şəklində verilən 3 000 manatlıq malların ƏDV-si büdcəyə bəyan edilməlidir.

Digər vergi ödəyicilərinə 50 000 manatlıq beynəlxalq daşıma xidməti hesablanıb və həmin ödənişlər həyata keçirilib. Vergi Məcəlləsinin 165.1.4-cü maddəsinə əsasən, beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilir.

Satışda olan YENİ nəşrlərimiz:

Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72 (what's app və telegram da aktivdir) və ya [email protected]

1. Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2024 (YENİ) - SATIŞI BİTİB

2. PMS Sertifikatı (II mərhələ) - III nəşr Test və tapşırıqlar toplusu - ARTIQ SATIŞDA

3.  Maliyyə Hesabatlarının Beynəlxalq Standartları  (III nəşr) - SATIŞI davam edir

4. A-dan Z-yə: Kargüzarlıq - Satışı davam edir

5. Əmək Qanuvericiliyi Toplusu 2023 - Satışı davam edir

6. Vergi Məcəlləsi. Ümumi hissənin izahı (IV nəşr) -2024 - ARTIQ SATIŞDA

7. Əməyin uçotu: A-dan Z-yə (IV nəşr)  - 9 APREL TARİXİNDƏN SATIŞDA

8. Əmək Platforması - 2024 - 16 Aprel tarixindən SATIŞDA

9. Vergi uçotu A-dan-Z-yə (VII nəşr) - 2024 - aprel ayından satışda

10. Əmək Bələdçisi - 2024 - May ayından satışda

11.  Vergi Platforması - 2024 - May ayından satışda satışda

12.  PMS Sertifikatı (I mərhələ) - I nəşr Test və tapşırıqlar toplusu - May 2024-cü il tarixdən satışda

13.  Vergi Məcəlləsi. Xüsusi hissənin izahı - Aprel 2024-cü il tarixdən satışda

0 Komment

    Şərh yazın

    Xəbərlər