Bulud mühasibatı həllinə startap şəhadətnaməsi verilib

Bulud mühasibatı həllinə startap şəhadətnaməsi verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən “TechFin” MMC-nin  Hesabat-Onlayn mühasibat həllinə (www.hesabat.az) “Startap” şəhadətnaməsi verilib.

“Hesabat” onlayn mühasibat platforması mikro və kiçik sahibkar subyektlərinin öz mühasibat uçotunu asan şəkildə idarə etməsi üçün yaradılmış onlayn mühasibat platformasıdır. Onlayn-mühasibat mikro və kiçik şirkətlərin uçotunun aparılmasına imkan verən xüsusi bir proqram təminatıdır.
Onlayn-mühasibat sizin kompüterinizə yüklədiyiniz köhnə mühasibat proqram təminatını əvəz etməklə bərabər bir çox üstünlüklərə (bankla inteqrasiya, müştəri və təhcizatçılara avtomatik məlumatların göndərilməsi və s.) malikdir.
Techfin MMC-nin təsisçisi və direktoru Hacıağa Hacı bildirmişdir ki, “Maliyyə-mühasibat sahəsində texnoloji yeniliklərin tətbiq olunması həmçinin sahibkarların da maliyyə savadlılığını artıracaq, mühasiblərin işini asanlaşdıracaq, uçotun şəffaflaşmasına öz tövhəsini verəcəkdir ki, nəticədə bu həm dövlət, həm sahibkarlar, həm də mühasiblər üçün faydali olacaqdır. Bizim fikrimizcə, onlayn-mühasibat sadə, rahat, etibarlı, aktual və sərfəli olmalıdır ki, bizim yaratdığımız həll bu meyarlara tam uyğundur”

 

Hal-hazırda satışı davam edən NƏŞRLƏRİMİZ

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (V nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (IV nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

5) Vergi Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat  (Satışına start verilib)

6) Əmək Qanunvericiliyi və Testlər Toplusu  - qiymət 35 (30) manat (Satışına start verilib)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

0 Komment

    Şərh yazın

    Xəbərlər