Səhifəni çap et
Cümə axşamı, 08 Aprel 2021 06:52

Anar Bayramovun təqdimatında: Ezamiyyə xərclərinin gəlirdən çıxılması

Qanunvericilikdə vergi ödəyicisinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən xidməti tapşırığı yerinə yetirmək üçün müəyyən olunmuş müddətə başqa yerə getməsi xidməti ezamiyyət sayılır. İqtisadçı ekspert Anar Bayramov diqqəti mövzu ilə bağlı maraq doğuran aktual məqamlara yönəldir.

Vergi Məcəlləsinin 109.7-ci maddəsinə əsasən, faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır.

Məcəllədə “norma” dedikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli qərarı ilə təsdiq edilən həm respublikadaxili, həm də xarici ezamiyyə normaları nəzərdə tutulur. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65 manat müəyyən edilib. Həmçinin qərarda qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.

Azərbaycan Respublikası Baş nazirinin imzaladığı 27 yanvar 2021-ci il tarixli, 13 saylı qərarla “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli Qərarında dəyişiklik edilib.

Dəyişikliyə qədər Nazirlər Kabinetinin 14 saylı qərarının 1-1-ci hissəsində qeyd edilirdi ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir. Yeni qərarla 14 saylı qərarın 1-1-ci hissəsi ləğv edilib.

Dəyişikliyi misalla izah edək.

Dəyişikliyə qədər: İşçi Gəncə şəhərinə 2 günlük ezam olunduqda, işəgötürən tərəfindən ona 84 manat (70 manat (1 günlük norma) + 14 manat ((70 manat x 20 faiz (2-ci gün üçün yalnız gündəlik xərc)) ödənilirdi. İşçi mehmanxana xərci ilə bağlı təsdiqedici sənəd təqdim etmədiyi halda işəgötürən ona 28 manat, yəni 56 manatlıq mehmanxana xərcininin yarısını ((70 manat x 80 faiz) x 50 faiz) geri qaytarırdı.

Dəyişiklikdən sonra işçi Gəncə şəhərinə 2 günlük ezam olunduqda işəgötürən tərəfindən ona 84 manat (70 manat (1 günlük norma) + 14 manat ((70 manat x 20 faiz (2-ci gün üçün yalnız gündəlik xərc)) ödənilir. İşçi mehmanxana xərci üçün təsdiqedici sənəd təqdim etməsə belə, hər hansı məbləği geri qaytarmır.

Yeni dəyişikliyin müsbət cəhəti odur ki, işçinin ezam olunduğu ərazidə oteldə qalması mütləq tələb deyil və işəgötürən işçidən ezamiyyə normasına daxil edilən gündəlik xərclərlə yanaşı, mehmanxana xərci üçün də təsdiqedici sənəd tələb etməyəcək.

Bir məqama da diqqət yetirmək zəruridir ki, təcrübədə təsisçiyə və ya xidmət müqaviləsi ilə fəaliyyət göstərən şəxsə də ezamiyyə xərci hesablandığına rast gəlinir. Bu, düzgün deyil: cünki ezamiyyə yalnız işçiyə ödənilən məbləğdir.

Fəxriyyə İKRAMQIZI

Vergiler.az

2021-ci ilin apral ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat (Satışına start verilib)

3) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat (Satışına start verilib)

4) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

5) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.

Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir.

Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.