Səhifəni çap et
Cümə axşamı, 21 Yanvar 2021 10:22

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablanan müavinətdən icbari tibbi sığorta haqqı hesablanacaq?

Növbəti həftədən satışda olacaq "Vergi uçotu: A-dan Z-yə" (III nəşr) kitabından seçmə

“Tibbi sığorta haqqında” AR Qanununa əsasən icbari tibbi sığorta hesablanacaq “əmək haqqı” dedikdə, Əmək Məcəlləsinin 154-cü maddəsinin tələbləri əsas götürülür. Həmin maddəyə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsinin 157-ci maddəsində də qeyd edilir ki, əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir:

-  Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.

-  Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.

- Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Vergi ödəyicisi yuxarıda qeyd edilən gəlirlərə uyğun məbləğdən icbari tibbi sığorta haqqı hesablamalıdır.

MİSAL. 2021-ci ilin yanvar ayı üzrə işçinin aylıq əmək haqqı 400 manat təşkil etdiyi halda, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət  200 manat olaraq hesablanılıb. Bu halda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətdən icbari tibbi sığorta haqqı tutulmayacaq.

2021-ci ilin yanvar ayında satışda olacaq kitablar:

1) "Vergi Məcəlləsi: Ümumi hissəsinin izahı" -qiymət 45(40) manat   (Satışına start verilib)

2) Vergi Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

3) Vergi uçotu: A-dan Z-yə kitabı (III nəşr) - qiymət 40 (35) manat

4) Vergi Məsələləri: Testlər - qiymət 35 (30) manat

5) Əməyin uçotu: A-dan Z-yə kitabı - qiymət 45 (40) manat

6) Əmək Qanunvericiliyi Toplusu - qiymət 30 (25) manat

7) Əmək Münasibətləri: Testlər - qiymət 35 (30) manat

8) “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) - qiymət 40 (35) manat (Satışı davam edir)

Qeyd 1: Mötərizədə qeyd edilən qiymətlər daimi müştərilərimiz üçün nəzərdə tutulub.

Qeyd 2: Bütün nəşrlərimiz qalın üzlu olmaqla yüksək keyfiyyətdə hazırlanacaq.
Qeyd 3. Kitabların qiymətinə istənilən ünvana çatdırılma və CD-disk daxildir. Test nəşrləri üçün CD-diskdə onlayn test yerləşdirilib.
 
Sifarış üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

2 şərhlər

  • Şərh bağlantısı Ramiz Cümə, 29 Yanvar 2021 06:49 tərəfindən təqdim olunub Ramiz

    Salam. Əmək qabiliyyətinin itirilməsi 6 aydan çox davam etdikdə, işçinin əmək müqaviləsinə xitam verildiyi halda ona ödənilən təzminatdan gəlir vergisi tutulurmu?

  • Şərh bağlantısı Bəhruz Şənbə, 23 Yanvar 2021 12:57 tərəfindən təqdim olunub Bəhruz

    Salam
    İcbari tibbi sığorta üzrə tutulmalar əmək müqaviləsi əsasında işləyən əcnəbilərə şamil olunmalıdırmı?