Cümə, 18 Sentyabr 2020 06:11

Hansı müəssisələrdə mütləq peşəkar mühasib sertifikatını alanlar baş mühasib işləyə biləcəklər? (SİYAHI)

Satışı bitən "Vergi Uçotu: A-dan Z-yə" (II nəşr) kitabının "Peşəkar mühasib sertifikatı" bölməsindən seçmə

Azərbaycan Respublikasının Baş nazirinin imzaladığı 25 oktyabr 2018-ci il tarixli, 464 saylı qərara əsasən, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsi müddətləri və ardıcıllığı aşağıdakı kimi müəyyən edilib:
- illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri - 2021-ci il 30 dekabradək;
- iri sahibkarlıq subyektlərinin baş mühasibləri - 2022-ci il 30 dekabradək;

Nazirlər Kabinetinin qərarında qeyd edilən iri sahibkarlıq subyektlərinin açıqlamasına gəlincə isə, “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” haqında qərarda qeyd edilib ki, 251 və ondan yuxarı işçi sayına və 30 milyon manat illik gəlirə malik olanlar iri sahibkarlıq subyektləri hesab edilir. Qərarda qeyd olunur ki, illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin, satışdankənar gəlirlər aid edilir və sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.
Misal üçün, əgər “A” MMC-nin işçi sayı 300 nəfərdir amma illik gəliri 20 milyondursa, o zaman işçi sayı 251-dən çox olduğu üçün o, iri sahibkarlıq subyekti hesab olunacaq.
- paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin baş mühasibləri - 2022-ci il 30 dekabradək;
- qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların baş mühasibləri - 2022-ci il 30 dekabradək;
büdcə təşkilatları üzrə:
- mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri - 2021-ci il 30 dekabradək;
- yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri - 2022- ci il 30 dekabradək.
Zəruri qeyd: Sətirlərin sonundakı tarix peşəkar mühasibə keçidin son tarixi kimi başa düşülməlidir.
Bundan əlavə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında peşəkar mühasiblərlə da bağlı tələbləri diqqətinizə çatdırırıq:
Bankın və bank filialının baş mühasibi (mühasibat xidmətinin rəhbəri) üçün - ali iqtisadi təhsilin və bankda mühasib vəzifəsində azı 2 illik iş stajının olması və ya orta ixtisas təhsilinin və mühasib vəzifəsində azı 5 illik iş stajının o cümlədən bank sistemində azı 2 illik iş stajının olması. Bu tələblər baş mühasibin imza hüququ olan müavininə də şamil edilir. Bankın baş mühasibi və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır (“Banklar haqqında” AR Qanunu, Maddə 63.2);
Sığortaçı təşkilatlarının baş mühasib və ya bu vəzifələri icra edən şəxsi peşəkar mühasib olmalıdır (“Sığorta fəaliyyəti haqqında” AR Qanun Maddə 37.2.1-1);
• BOKT-nin inzibatçıları ali təhsilə və ən azı bir illik iş təcrübəsinə malik olmalıdırlar. Mühasibat xidmətinin rəhbəri ali iqtisadi təhsilə və müvafiq ixtisas üzrə ən azı bir illik iş təcrübəsinə və ya orta ixtisas təhsilinə və müvafiq ixtisas üzrə ən azı 5 illik iş təcrübəsinə malik olmalıdır, baş mühasib və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır (“Bank olmayan kredit təşkilatları haqqında” AR Qanunu, Maddə 8.2.);
Səhmdar investisiya fondunun və idarəçinin baş mühasibi və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır (“İnvestisiya fondları haqqında” AR Qanunu, maddə 40.2-1);
Lisenziyalaşdırılan şəxslərin baş mühasibi və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır (“Qiymətli kağızlar bazarı haqqında” AR Qanunu, Maddə 63.2-1).

Əmək qanunvericiliyi və şərhlər toplusu - 2020” (II nəşr) və  “A-dan Z-yə Kargüzarlıq” (III nəşr) adlı 2 yeni nəşri SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 
 
 

1 Şərh

  • Şərh bağlantısı sedaqet Cümə, 25 Sentyabr 2020 13:34 tərəfindən təqdim olunub sedaqet

    salam.imtahanlara hazirliq hrada ve kim terefinden aparildiqi barede melumat vermeyinizi xahis edirem
    elaqe tel 0505214647

Şərh yazın